"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi sakinlərinə hesabat verildi

--2017-01-29 / 09:15

Binəqədi rayon bələdiyyəsi  2016-cı ildəki fəaliyyəti və  2017-ci ildə qarşıda duran vəzifələr barəsində hesabatı ictimaiyyətə təqdim edib.

Binəqədi rayon 1 saylı inzibati dairəsi üzrə nümayəndəliyi ilə birgə keçirilən hesabat konfransında giriş sözü Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açıb.

Giriş sözündə icra başçısı tədbir  iştirakçılarını  müzakirələrdə fəal olmağa çağırıb və hər  iki qurumun  2016-cı ildəki  fəaliyyətiylə bağlı obyektiv şəkildə fikir bildirməyi tövsiyə edib:

“Biz nə qədər öz fəaliyətimizə tənqidi yanaşsaq, daim seçicilərimizin və sakinlərimizin yanında olsaq, onda qarşmıza qoyulan hədəflərə də tez çata, problem və çətinliklərə daha sürətlə sinə gələ bilərik” .

Binəqədi rayon 1 saylı inzibati dairəsi üzrə nümayəndəliyinin rəhbəri Dilbər şükürova  və Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlının 2016-cı ildəki fəaliyyətləri və 2017-cı ildə görüləcək işlər barəsində  hesabat məruzələri konfrans  iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzə ətrafında  qəsəbə sakinləri  çıxış edərək, hesabat məruzələrinə  rəy və təkliflərinin bildirərək, bələdiyyənin və nümayəndəliyin  ötən ilki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Hesabat yığıncağında  rayon icra hakimiyyətinin rəsmiləri, Binədəqi rayon Ağsaqqallar şurasının, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, QHT və KiV təmsilçiləri, habelə  məhəllə komitələrinin fəalları iştirak ediblər.

Hesabat yığıncağında  iştirak edən  Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü Kamran Bayramov  çıxış edərək Binəqədi bələdiyyələrinin fəaliyyətini müsbət dəyərləndirərək, digər ölkə bələdiyyələri üçün numunə gətirilə biləcək səviyyədə olduğunu bildirib: “inanıram ki, daim Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyini hiss edən Binəqədi bələdiyyələri vergi yığımında qarşılaşdıqları çətinlikəri də dəf edə biləcəklər.”  

Konfransın sonunda Binəqədi rayon icra Hakimiyyəti başçısı X.isgəndərov  hesabat məruzələri ətrafında  çıxış edərək müvafiq qurumlara təklif və tövsiyələrini verib. 

Sonra hər iki struktur üzrə qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Belediyye.info

ŞƏRHLƏR