Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi qəsəbə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Yığıncağı gişiş sözüylə açan Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Vüsal ismayılov qəsəbədə görülən və görüləcək işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.
Binəqədi Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan əliyev və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzəylə çıxış ediblər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi aparıblar.
Yığıncaqda hər iki qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırıblar.
Hesabat yığıncağında Binəqədi qəsəbəsinin ziyalıları, ağsaqqalları və yüz nəfərdən artıq qəsəbə fəali iştirak edib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|