"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi sakinlərinə növbəti dəfə hesabat verildi

--2016-01-21 / 13:07

Bu dəfə Binəqədi bələdiyyəsi  və   1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə  nümayəndəliyi rayon sakinlərinə hesabat verib. Hesabat yığıncağında rayon icra hakimiyyətinin rəsmiləri, rayon sakinləri, ziyalıları, ağsaqqalları, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və Azərbaycan Milli şəhər Bələdiyyə Assosiasiyasının təmsilçiləri iştirak edirdi.

Bu barədə Belediyye.info ya daxil olan məlumatda bildirilir ki, tədbir  20 Yanvar şəhidlərinin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.

Tədbiri giriş sözüylə  açan  Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsal ismayılov  hər iki qurumun fəaliyyətinə münasibət bildirməklə, bələdiyyənin fəaliyyətinin daha cevik, büdcə gəlirlərinin artırılması üçün bələdiyyə müəssisələrinin yaradılmasını məqsədəuyğun hesab edib.

Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı və  1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dilbər şükürova  çıxış edərək  2015-ci ildəki fəaliyyətləri barədə  yığıncaq iştirakçılarına ətraflı məlumat veriblər. Çıxışlarında hər iki qurumun rəhbəri 2016-cı ildə qarşıda duran vəzifələrə də toxunublar.

Tədbirdə rayon ziyalıları və ağsaqqaları çıxış edərək hesabatı məqbul sayıblar.

Yığıncaq ciddi fikir mübadiləsi ilə yekunlaşıb.

Belediyye.info  

ŞƏRHLƏR