"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə Ağsaqqallar şurasının Konfransı keçirilib

--2018-02-21 / 09:58

YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar şurasının konfransı keçirilib.

Konfransda Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov, RiH başçısının müavini Vüsar ismayılov, Binəqədi Rayon Ağsaqqallar şurasının sədri Akif Rəfiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Polis idarəsinin rəisi Namiq ismayılov, Binəqədi Rayon Prokuroru Nazim imanov, Aparatın şöbə müdirləri, Ağsaqqallar şurasının üzvləri, BRiH başçısı yanında ictimai şuranın üzvləri, ictimai birliklərin rayon şöbələrinin rəhbərləri, və ASAN könüllüləri iştirak ediblər. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Konfransı Rayon Ağsaqqallar şurasının sədri Akif Rəfiyev açıq elan edərək, giriş sözü ilə çıxış etdikdən sonra, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun konfransa sədrlik etməsini təklif etdi. Konfransın sədri seçilmiş Ramiz Göyüşov Konfransa katib seçilməli olduğunu bildirmiş və şura üzvü Yaqub Vəliyevin konfransın katibinin seçilmişdir. Daha sonra Konfransda Ramiz Göyüşov Konfransın gündəliyini təklif etmiş və qəbul edilmişdir. Ağsaqqallar şurasının sədri Akif Rəfiyev ötən dövrün hesabatını təqdim etdikdən sonra hesabat ətrafında çıxışçılara yer verildi. BRiH başçısı yanında ictimai şuranın sədri Aslan Mehdiyev və Biləcəri qəsəbəsinin Ağsaqqallar şurasının sədri Yaqub Vəliyev ötən dövr ərzində görülən işlər barəsində çıxış etmişdir.

Konfransın Gündəliyinə uyğun olaraq müvafiq ardıcıllıqla Binəqədi Rayon Ağsaqqallar şurasının şura üzvləri, Təftiş Komissiyasının üzvləri, idarə Heyətinin üzvləri, ərazi Ağsaqqallar şurası idarə Heyətləti üzvləri və sədrləri səsvermə yolu ilə seçilmişdir. Daha sonra şura üzvü Aslan Mehdiyev söz alaraq Ağsaqqallar şurasının sədri vəzifəsinə Akif Rəfiyevin namizədliyini vermiş və fikrini əsaslandırmışdır. Təklif səsə qoyulmuş və qəbul edilmişdir. Konfransın sədri R.Göyüşov seçilən bütün heyəti təbrik edərək, yekun sözü Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərova vermişdir. RiH başçısı çıxışında Ağsaqqallar şurasının seçilən heyətini təbrik etdi və ölkədə ziyalılarımıza verilən yüksək qiymətdən bəhs etdi. Xaləddin isgəndərov milli-mənəvi dəyərlərimizə ali səviyyədə diqqətin əsasının Ulu Öndər Heydər əliyev tərəfindən qoyulduğunu bildirdi. Natiq qeyd etdi ki, cənab Prezident ilham əliyevin uğurlu siyasətinin əsas hissəsini ziyalılara, ağsaqqallara verilən dəyər və qiymət təşkil edir. Heydər əliyev yolunun prezident ilham əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Xalqımızın dəstəyi ilə ilham əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. 

Belediyye.info

ŞƏRHLƏR