"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə ahıllar ziyarət olunub

--2018-09-29 / 09:41

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə icra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Təşkil edilən ziyarətdə Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları, RiH başçısının nümayəndələri, bələdiyyə sədrləri, bələdiyyələrin “ictimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliklinikasının tibb personalı iştirak ediblər.

Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülüb.

Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.

Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

Belediyye.info

ŞƏRHLƏR