"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə Beynəlxalq Ahıllar Günü belə qeyd edildi

--2017-09-30 / 11:56

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon icra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilmişdir.

Təşkil edilən ziyarətdə Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri və bələdiyyələrin nəzdində ictimai-humanitar sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.

Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülmüşdür. Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilmiş və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunmuşlar.

Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab ilham əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər.

əlavə edək ki, təşkil edilən ziyarətdə Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı , bələdiyyənin “ictimai-humanitar” sektorunun müdiri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.  

Xatırladaq ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr -Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir. 

Belediyye.info

ŞƏRHLƏR