"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə çernobıl faciəsinin 31-cu ildönümü qeyd edilib

--2017-04-26 / 14:22

YAP Binəqədi rayon Təşkilatının akt zalında Binəqədi rayon icra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının birgə  təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 31 ildönümü ilə bağlı tədbir keçirilib.

 Tədbirdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Rauf Həsənov, əSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq isayev, Rayon Ağsaqqallar şurasının sədri Akif Rəfiyev, ictimai şuranın sədri Aslan Mehdiyev, Çernobil əlilləri Cəmiyyəti Rayon şöbəsinin üzvləri, ictimai birliklərin sədrləri, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər.

Tədbir öncə vətən, torpaq uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı   həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra  Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara faciənin tarixi haqqında çıxış edərək bu gün  dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Natiq çıxışında bildirib ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.

Daha sonra çıxış edənlər Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov,  Rayon Ağsaqqallar şurasının sədri Akif Rəfiyev, Çernobil əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm əliyev, Çernobil əlili Xudadat əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs ediblər.

Belediyye.info

   

 

ŞƏRHLƏR