"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə çoxmənzilli binaların idarə olunması müzakirə olunub

--2017-06-05 / 16:58

7-ci mikrorayon, A.Kunanbayev küçəsi 4/17 ünvanında yaşayan sakinlər ilə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binqədi Rayon icra Hakimiyyətinin 1 nömrəli Sahə inzibati ərzai dairəsi üzrə nümayəndəsi Dilbər şükürova və Binəqədi rayon Binəqədi bələdiyyəsinin sədr müavini Rasim Gözəlov görüş keçiriblər. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.

Görüş zamanı ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması, yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərlə bağlı maarifləndirici məlumatlar verilib.

Eyni zamanda fiziki və hüquqi şəxslər tərəfindən Bələdiyyəyə (yerli) ödənilməli olan əmlak və torpaq vergiləri haqqında, o cümlədən bu vergilərin Azərbaycan Respublikasının Vergilər Məcəlləsində nəzərdə tutulan vergi ödənişləri ilə bağlı maddələr üzrə geniş məlumat verilib.

Sözügedən vergilərin bələdiyyə büdcəsində ödənilməsi və bu vergilərdən hansı şəkildə yararlanması və xərclənməsi prinsipləri də açıqlanıb.

Görüşdə bələdiyyələrlə bağlı qanunvericilik aktlarına əsasən könüllü vətəndaşların bələdiyyəyə köməyi məqsədilə məhəllə komitələri yaradılması və Məhəllə komitələrinin əsas məramı vətəndaşlarla ünsiyyəti daha da intensivləşdirmək, problemləri operativ öyrənmək və onların tezliklə aradan qaldırılmasını ilə bağlı bələdiyyəyə məlumatların verilməsi barədə çıxışlar və müzakirələr olub.

Görüşün sonunda sakinlər rayon ərazisində aparılan abadlıq - quruculuq işlərinə görə ölkə başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıq hisslərini bildiriblər.

Beeldiyye.info

ŞƏRHLƏR