"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə əhalinin icbari tibbi müayinəsi necə təşkil edilib?

--2017-04-13 / 10:57

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon icra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib.  Bu barədə məlumatı Binəqədi RiH yayıb. əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir.

12 aprel tarixində Binəqədi rayonu, ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər Xəstəxanasında əhalinin geniş şəkildə tibbi müayinəsi təşkil edilib. Ümumilikdə Binəqədi rayonunda 18 yaşından yuxarı 200300 nəfər sakin var. Bu günə olan məlumata görə 91965 (46%)  nəfər sakin tibbi müayinədən keçiblər.

Belediyye.info

ŞƏRHLƏR