"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə növbəti məlumat saatı keçirilib

--2017-08-03 / 10:55

Binəqədi Rayon icra Hakimiyyətində “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında  makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı  iqtisadi inkişafa keçid”  mövzusunda  “Məlumat saatı” keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Məlumat saatında Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri isaxan Vəliyev, Azərbaycan Dövlət iqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev, RiH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, ASAN Könüllülər və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov məlumat saatının proqramı haqqında məlumat verdi.

Daha sonra  Bilik Fondunun aparat rəhbəri isaxan Vəliyev çıxış edərək Bilik Fondunun fəaliyyəti haqqında geniş məlumat verdi. Natiq qeyd etdi ki, Bilik Fondu ölkə rəhbərinin apardığı uğurlu siyasəti yerlərdə təbliğ etmək və maarifləndirmə işləri aparmaq missiyasını qarşıya əsas hədəf qoymuşdur.

Sonra Azərbaycan Dövlət iqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında  makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı  iqtisadi inkişafa keçid” mövzusunda məruzə ilə çıxış etdi. Natiq vurğuladı ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.

Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Məhz bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı imzalanmışdır.

Mühazirədən sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşmışdır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində bu cür müxtəlif mövzularda mühazirələr davamlı olacaqdır.

Belediyye.info

 

ŞƏRHLƏR