Binəqədi rayonu zeytunluq ərazisində Ümumrayon Novruz iməciliyi keçirilmişdir. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla RiH başçısı aparatınin kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon yaşıllaşdırma sahəsinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının, Rayon Gənclər və idman idarəsinin fəalları iştirak etmişdirlər.
Aksiya zamanı ərazidə təmizlik-abadlıq işləri aparılıb, öncədən əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ərazilər alaq otlarından təmizlənmişdir. Həmçinin ərazilər tullantılar, metal qırıntıları və digər lazımsız materiallardan təmizlənərək, səliqə-səhman yaradılmışdır. O cümlədən, yolun sağ və sol istiqaməti boyunca əkilmiş ağaclara qulluq edilmiş, dibləri bellənərək suvarma işlərini həyata keçirilibdir.
Belediyye.info.