"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib

--2017-08-31 / 19:58

Binəqədi gəncləri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər.  Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Binəqədi Rayon icra Hakimiyyəti Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi rayon Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova, YAP Binəqədi Rayon Təşkilatının əməkdaşları Rahil şükürov, Natiq ismayılov və ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evində olmuşlar.   

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlı və  Emin Bağırovun ailələrini ziyarət edənlər ölkəmizin  ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdiklərini bildirmiş, onların adının hər zaman xatırlandığı və uca tutulduğunu vurğulamışlar. Sonra islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban  bayramı münasibətilə onları təbrik etmiş,  onlara can sağlığı, firavan həyat, bol ruzi arzulayıblar.

Belediyye.info

 

ŞƏRHLƏR