"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib

--2018-01-17 / 07:07

Binəqədi rayonu ərazisində yerləşən rumın bəstəkarı  Corc  Enesku adına parkda Rumıniyanın  Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib.

Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsində xüsusi önəm vardır. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə, Rumıniya mədəniyyətinin “dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur.

Keçirilən tədbirdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının  müavini Aygün əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan ianku, Moldova dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri George Leuke, Binəqədi Rayon icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon icra Hakimiyyəti başçısının 1 saylı  qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman əliyeva, Binəqədi bələdiyyəsinin və  səfirliyin nümayəndələri iştirak etmişlər.

Tədbiri açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan ianku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışdı. Səfir yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon icra Hakimiyyətinə öz təşəkkürünü bildirib.

Səfirdən sonra çıxış edən Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd etmişdir.

Çıxışlardan sonra şairə, Rumıniya səfirliyinin əməkdaşı Fəridə Hacıyeva Corc Eneskunun Azərbaycan dilinə tərcümə etdiyi şeirlərini səsləndirib.

Belediyye.info

 

ŞƏRHLƏR