"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

--2017-02-14 / 05:32

YAP Binəqədi rayon təşkilatının inzibati binasında  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Keçirilən tədbirdə Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon icra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Respublikasının Milli qəhrəmanı Mirzə Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin müavinləri, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri,  rayonun orta ümumtəhsil müəssisələrinin ibtidai hərbi hazırlıq müəllimləri, rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin sədrləri və fəal gənclər iştirak etdilər.

 Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Səfərbərlik marşı” filmi nümayiş edildi.

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Prezident yanında Dövlət idarəçilik Akademiyasının tələbəsi Cavid Abdullayev, 297 nömrəli orta məktəbin ibtidai hərbi hazırlıq müəllimi Abdulla Seyidov, Qarabağ Müharibəsi Veteranı   Vəfalı Sofiyev, Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov bildiriblər ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə ciddi nailiyyətlər əldə etmiş, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atmışdır.

Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər əliyev tərəfindən qoyulan və bu gün Prezident ilham əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. Son illərdə Ali Baş Komandan cənab ilham əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer almışdır.

Ötən il aprel ayında təmas xəttində baş verən hadisələrdə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi ordu quruculuğumuzun inkişafını bir daha təsdiq etdi. Natiqlər qeyd etdilər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar.

Çıxışlardan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin bir qrup əməkdaşları təltif ediliblər.

Belediyye.info

 

 

 

 

ŞƏRHLƏR