Binəqədi rayonu Biləcəri qəsəbəsi, A.Zeynallı 33 ünvanında yerləşən əhalinin mədəni - kütləvi tədbirlər evində Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Görüşdə Binəqədi rayon icra Hakimiyyəti başçısının 1-ci müavini ilqar Süleymanov, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüşü rayon icra Hakimiyyəti başçısının 1-ci müavini ilqar Süleymanov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.
Belediyye.info