"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə təhsil işçiləriylə görüş keçirilib

--2015-10-28 / 11:20

26 oktyabr 2015-ci il tarixdə Binəqədi rayon icra Hakimiyyətinin inzibati binasında Binəqədi rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərov Binəqədi rayonu üzrə fəaliyyət göstərən ali və tam orta məktəblərin qabaqcıl, nüfuzlu müəllimləri ilə görüş keçirdi.

Görüşü Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açaraq dünyada, regionda və ölkədə gedən ictimai-siyasi proseslərdən, eyni zamanda dövlətimizin başçısı Prezident ilham əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan, ölkəmizdəki təhsilin inkişafından danışdı. “Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkədə iqtisadi artım, nəhəng sənaye müəssisələrinin inşası, abadlıq və quruculuq sahəsində, bir sözlə sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər daxili sabitliyin möhkəmiliyinin və xarici siyasətin isə milli maraqlar təməlində inkişaf etdirilməsinin əsasında həyata keçirilir. Biz bütün bu uğurlar üçün ölkə Prezidenti cənab ilham əliyevə xüsusi minnətradlığımızı ifadə edirik” deyən Xaləddin isgəndərov ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirdi. Qeyd etdi ki, son günlər cənab Prezident tərəfindən sahibkarlığın inkişafına əngəl ola biləcək maneələrin aradan qaldırılması yönündə məqsədyönlü işlərin həyata keçirilməsi ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında yeni mərhələ oldu.

 Ölkədə həyata keçirilən təhsil islahatlarına münasibət bildirən Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov Binəqədi rayonunda fəaliyyət göstərən bütün məktəb və liseylərin hər birinin rayon rəhbərliyinin də xüsusi diqqət və qayğısında olduğunu bildirdi. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrin məktəblərin, xüsusən məktəb müəllimlərinin stimullaşdırılmasına xidmət etdiyini qeyd edən Xaləddin isgəndərov perspektivdə belə layihələrin daha intensiv halda həyata keçiriləcəyinə əminliyini vurğuladı.
Daha sonra görüşdə iştirak edən digər müəllimlər də öz çıxışlarında ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən Bakı Pedaqoji Kadrların ixtisasartırma və Yenidənhazırlanma institutunun kafedra müdiri, dosent Yusif Alıyev, 244 nömrəli tam orta məktəbin direktoru, fəlsəfə doktoru, “Tərəqqi” medalı almış Yəhya Abbasov, 126 nömrəli tam orta məktəbin müəllimi “Tərəqqi” medalı almış şirincan Məmmədova, 100 nömrəli tam orta məktəbin müəllimi, “əməkdar müəllim” fəxri adı almış iradə əliyeva, 276 nömrəli tam orta məktəbin müəllimi, “əməkdar müəllim” fəxri adı almış Elxan Quliyev, 157 nömrəli tam orta məktəbin müəllimi, şair-publisist 4 kitab müəllifi Adil Həmid, 135 nömrəli tam orta məktəbin müəllimi, “əməkdar müəllim” fəxri adı almış Rafiq Məmmədov və 99 nömrəli tam orta məktəbin müəllimi, “əməkdar müəllim” fəxri adı almış Nərminə əliyeva ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən, təhsil işçilərinə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıdan yana ölkə Prezidenti cənab ilham əliyevə və Binəqədi rayonunda həyata keçirilən göz oxşayan işlərə və əhaliyə göstərilən diqqət və qayığya görə icra Hakimiyyəti başçısı Xaləddin isgəndərova təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Məlumat rayonun FACEBOK səhifəsində paylaşılıb

ŞƏRHLƏR