"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə tibbi müayinə aylığı

--2019-02-15 / 08:52

 

Ölkə başçısı cənab ilham əliyevin ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən Binəqədi rayonunda tibbi müayinə aylığı davam edir. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.

Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib.

əhalinin tibbi müayinəsi Binəqədi rayonunun ərazisində yerləşən ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9,10, 15,25,27 və 35 saylı şəhər poliklinikalarında keçirilir.

Belediyye.info

ŞƏRHLƏR