"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə Ulu öndər anıldı

--2018-12-10 / 16:37

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon icra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatını birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının sədri, ATəT PA-nın vitse-prezidenti Azay Quliyev, Milli Məclisinin deputatları Madər Musayev, Kamaləddin Qafarov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, iradə Hüseynova, rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etdilər. ilkin olaraq qonaqlar Ulu öndər Heydər əliyevin heykəli önünə gül qoydular. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edildi.

Çıxış edən Azay Quliyev Heydər əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafeələr çevrəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynadığını bildirdi.

Çıxış üçün söz verilən Kamaləddin Qafarov Heydər əliyev siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixinin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu qeyd etdi.

Daha sonra çıxış üçün Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru,professor,Azərbaycan Respublikasının əməkdar müəllimi iradə Hüseynovaya söz verildi. iradə Hüseynova Ümummilli lider Heydər əliyevin bizlərə Azərbaycanın nurlu sabahı uğrunda, lazım gələrsə, öz həyatımızı qurban vermək, milli yüksəliş naminə fərdi maraqların fövqündə dayanmağı bacarmaq, Vətənə təmənnasız xidmət kimi ən şərəfli ideallarını aşıladığını dedi.

Çıxış üçün söz verilən Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Böyük Öndərin Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdiyini bildirdi. Natiq Azərbaycanın bu gün cənab ilham əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımladığını, bu yolun Heydər əliyev yolu olduğunu qeyd etdi.

Belediyye.info

 

ŞƏRHLƏR