Binəqədi rayon ərazisində yerləşən “Atrium”əyləncə mərkəzində Binəqədi rayon icra Hakimiyyəti, Təhsil işçiləri Azad Həmkarlar ittifaqı, "FAB Boya və Kimya Sənayesi MMC" nin birgə təşkilatçılığı ilə daun, talassemiya, autizm, hemofiliya xəstəliyindən əziyyət çəkən ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Tədbirdə çıxış edən Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva xəstəlikdən əziyyət çəkən uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. əsası Ümummilli lider Heydər əliyev tərəfindən qoyulan, hazırda prezident ilham əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşdırılıb. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban əliyevanın uşaqlara göstərdiyi xüsusi diqqət daha geniş şəkildə ölkəmizdə vüsat almağa başlayıb. Artıq bu qayğı kütləvi xarakter daşıyır. Natiq iki əlamətdar bayramı uşaqlarla birlikdə keçirilməsinin, həmin uşaqlara bayram abu-havasını yaşatmaq, onların sevincinə səbəb olmağın önəmindən danışdı.
Tədbir müxtəlif əyləncəli şou-proqram, Nuray Rəhmanın ifaları və "Star Kids" MMC nin moda nümayişi ilə davam etdirildi.
Belediyye.info