"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə vətəndaş müraciətlərinə baxılması müzakirə edildi

--2016-02-16 / 21:24

 Binəqədi Rayon icra Hakimiyyəti başçısının yanında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirilmişdir.

Bu barədə məlumatı Binəqədi RiH paylaşıb. 

Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, Rayon icra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra strukturlarının rəhbərləri, bələdiyyə sədrləri və qəsəbə üzrə nümayəndələr iştirak etmişdirlər.
Tədbirdə rayonda müxtəlif yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə baxılmasının mövcud vəziyyəti barədə danışıldı, “Azərbaycan” qəzetində dərc edilmiş məqalə ətrafında müzakirələr aparılmışdır.
Müşavirəni Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açmışdır.
Daha sonra Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur imanov məqalədə xüsusi diqqət yetirilməli məqamlar barəsində məruzə ilə, Binəqədi Rayon Polis idarəsinin rəisi Namiq ismayılov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov vətəndaş müraciətlərinə baxılması haqqında məlumatlarla çıxış etmişdirlər.
Müşavirədə yekun nitqi ilə çıxış edən Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov vətəndaşların müraciətinə baxılması işində prioritet məsələnin onlara diqqətli yanaşma, nəzakətlilik, qayğıkeşlik olduğunu vurğulamışdır. Rayon icra Hakimiyyətinin başçısı bildirdi ki, Prezident ilham əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir.

Belediyye.info

ŞƏRHLƏR