"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə xanımları belə təbrik etdilər

--2018-03-07 / 08:13

8 mart–Beynəlxalq qadınlar günü münasibətilə Binəqədi Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan aprel şəhidlərinin eləcə də Milli qəhrəmanların anaları və həyat yoldaşları, sağlamlıq imkanları məhdud olan qadınlar və eyni zamanda hazırda təqaüddə olan müxtəlif peşə sahibləri olmuş xanımlar ziyarət olunaraq təbrik edilmişlər. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini şəmsi Gülverdiyev, bələdiyyə sədrləri Sitarə Cabbarlı və Aytac əliyeva, RiH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri Ləman əliyeva və Dilbər şükürova, YAP Binəqədi RT-nın Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, “Milli qəhrəmanları tanıtma” ictimai birliyinin rayon şöbəsinin sədri Fizuli Həsənov, ASAN könüllülər təbrik mərasimində iştirak etmişlər.

Təbrik zamanı çıxış edən şəmsi Gülverdiyev Rayon icra Hakimiyyətinin rəhbərliyi adından xanımları təbrik etmiş və onlara hədiyyələr təqdim etmişdir.

Daha sonra çıxış edən bələdiyyə sədrləri, ərazi üzrə nümayəndəliklər və gənclər birliyinin sədri xanımları təbrik etmişlər.

Görüşlərdə iştirak edən ASAN könüllüləri əmək fəaliyyəti zamanı rastlaşdıqları hadisələrlə bağlı xanımlara suallar ünvanlamış, işin sirrləri barədə maraqlanmışlar. Öz növbəsində xanımlar öz həyat yolu, karyera fəaliyyəti ilə bağlı maraqlı xatirələri qonaqlarla bölüşmüşlər.

Belediyye.info

ŞƏRHLƏR