"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə yeni bir layihəyə start verilir

--2017-05-30 / 10:52

Binəqədi bələdiyyələrinin ictimai-humanitar sektorlarının təşkilatçılığı ilə “Vergi” olimpiadası layihəsinə start verilir. Olimpiadanın keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

Olimpiadanın keçirilməsinə rəhbərlik və nəzarət  Binəqədi Rayon icra Hakimiyyəti, Rayon Gənclər və idman idarəsi və yerli özünüidarəetmə orqanları təmsilçilərindən təşkil olunan Təşkilat komitəsi tərəfindən həyata keçirilir. 

Qeyd edək ki, bu barədə məlumatı Təşkilat komitəsi yayıb.

Olimpiadanın qaliblərinə bələdiyyələr tərəfindən təsis edilən diplom və hədiyyələrlə təltif olunacaqlar.

Belediyye.info 

 

ŞƏRHLƏR