"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə yetkinlik yaşına çatmayanlarla bağlı tədbir keçirilib

--2017-12-06 / 12:28

Daxili işlər Nazirliyi ilə Binəqədi Rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası”  haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilib.  Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Tədbiri giriş sözü ilə Binəqədi Rayon icra Hakimiyyətinin başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aygün əliyeva açaraq son illərdə Binəqədi rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışdı. Natiq çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd etdi. Daha sonra söz  Daxili işlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanların Proflaktik işinin Təşkili şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı əkbər əkbərova verildi. əkbər əkbərov Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında geniş məruzə ilə çıxış etdi. Binəqədi Rayon Polis idarəsinin rəisi müavini, polis polkovnik-leytenantı Oqtay Süleymanlı öz çıxışında tədbir iştirakçılarına Dini radikalizmin zərərli təsirləri haqqında məlumat verdi. Həkim Narkoloq Bəhram əhmədov Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik mövzusunda iştirakçılara narkotikin törətdiyi silinməz fəsadlar haqqında məlumat verdi. Binəqədi rayon Qeydiyyat şöbəsinin müdiri Tahirə əsgərova isə Yetkinlik yaşına çatmayan qızların erkən nigahlara cəlb edilməsinin qarşısının alınmasına dair görülən işlərdən danışaraq son illərdə Binəqədidə bu yöndə statistik azalmanın olduğunu bildirdi.

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirildi.

Belediyye.info

 

 

ŞƏRHLƏR