"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədililər daha çox nədən narazı olub? HESABAT

--2017-09-11 / 09:54

Binəqədi RiH-in nəzdində yaradılan  Sakinlərin Müraciət Xidmətinə (16 46) 2017-ci ilin avqust ayında daxil olan müraciətlər haqqında hesabatı təqdim edilib.

2017-ci il avqust ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılan zənglərin sayı 2487, birbaşa cavablandırılan zənglərin sayı 2075, yaradılan əks əlaqələrin sayı 478, günlük orta zəng sayı 80, tərtib edilən şikayət vərəqələrinin sayı 412 olub.

şikayət xarakterli 412 müraciətin 314-ü və ya 76,2 %-i tam həll olunub,  40-ı və ya 9,7 %-i qismən həll edilib,  58-i və ya 14,1 %-nə müvafiq izahat verilərək həll edilib.

Avqust ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  57,5 %-i su-kanalizasiya, 15 %-i qaz təchizatı,  13,8 %-i lift problemləri, 1,2  %-i məişət tullantıları ilə əlaqədar, 0,5 %-i çoxmənzilli binaların girişlərinin və zirzəmilərinin dezinfeksiya edilməsi ilə əlaqədar, 6,1 %-i elektrik təchizatı ilə bağlı, 0,7 %-i təhlükəli vəziyyətdə olan ağacların budanması ilə əlaqədar, 1,7 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 3,5 %-i sakinləri narahat edən digər məsələlər ilə əlaqədar olub. Xidmətə ay ərzində 18 təşəkkür müraciəti daxil olub.

Qeyd edək ki Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, icra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və sürətli komunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon icra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.

Belediyye.info

ŞƏRHLƏR