sorğu
Binəqədi rayonu ərazisində yerləşən MiR televiziyasının 25 yaşı münasibətilə Binəqədi rayon icra Hakimiyyətinin ictimai–siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, 1 saylı sahə inzibati dairə üzrə nümayəndə Dilbər şükürova və Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı MiR TV-nin inzibati binasında olmuşlar.
Rayonun təmsilçiləri MiR TV-nin kollektivini bu münasibətlə təbrik edərək onlara işlərində uğurlar diləmiş və qarşılıqlı əməkdaşlıq yollarını müzakirə ediblər.
Daha sonra MiR TV-nin 25 yaşı münasibətilə hazırlanan tort televiziyanın komandasına təqdim edilmişdir.
Belediyye.info