sorğu
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il ərzində beş şəhər və rayon bələdiyyəsinin qazancı (büdcədaxilolmaları) bir milyon manatlıq həddi keçib.
Bu sıraya Bakı şəhəri 53 bələdiyyə ilə 9.767.200 manat, Abşeron rayonu 15 bələdiyyə ilə 2.850.500 manat, Sumqayıt şəhəri 3 bələdiyyə ilə 1.624.200 manat, şəki rayonun 40 bələdiyyə ilə 1.283.500 manat və Quba rayonu 34 bələdiyyə ilə 1.015.500 manat maliyyə vəsaiti əldə ediblər.
Qeyd edək ki, Zaqatala və Xaçmaz rayonları bir milyonluq həddə yaxın olublar. Zaqatala rayonu 23 bələdiyyə ilə 966.800 manat, Xaçmaz rayonu 38 bələdiyyə ilə 964.600 manat maliyyə vəsaiti əldə edə biliblər.
Belediyye.info