Prezident ilham əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.
Fərmana əsasən, Prezident yanında Elmin inkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.
Fərmanda Nazirlər Kabineti, əmlak Məsələləri Dövlət Komitəsi, Tarif (qiymət) şurası və ədliyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib.
http://qafqazinfo.az/news/detail/bir-nece-dovlet-qurumu-legv-edildi-siyahida-tarif-surasinin-katibliyi-de-var-240720