Zakatala rayon Mosul bələiyyəsi ötən birinci rüb ərzində bələdiyyə və kəndin gəncləri tərəfindən qəbristanlıqda abadlıq işləri aparılmışdır. Bununla bağlı Belediyye.infoya məlumatı Zaqatala rayon Mosul bələdiyyəsinin sədri Elçin Alasiyev bildirib.
Açıqlamasında sədr daha sonra bildirib:
"Belə ki, bələdiyyə tərəfindən qəbristanlıqda gedən 250 metir yolda xırda daş döşənmişdir. Bunula yanaşı bələdiyyə tərəfindən dəfn üçün istifadə edilən 0.4 mt 0.60 metr ölçüdə olan 400 ədəd çay daşı alınmışdır. Kəndin ara yoluna 350 mt məsafədə xırda daş döşənmişdir. Bu gün kəndin dairəvi yollar və ara yolları greydərlə hamarlanmışdır düzəldilmişdir. Gğrülən işlərə əlavə olaraq mütəmadi olaraq bələdiyyə qulluqçuları Məişət tullantıları üçün ayırılmış ərazidə təmizlənmə işləri aparılmışdır"
Sədr sonda kənd sakinlərin müraciət etməyi də unutmadı:
- əziz və dəyərli Mosul kənd sakinlər!
Sizdən artıq dərəcədə xahiş edirik məişət tulantılarını harda gəldi atmayın. Məişət tulantıları təyin olan yerə atın.Gəlin bir birimizə hörmətlə yanaşaq.Nəqədər birlikdə olsaq o qədər kəndimiz inkişaf edər.
Belediyye.info
|
|
|
|