Bu gün Birinci xanım Mehriban əliyevanın ad günüdür. Uzun illər bələdiyyə və xüsusəndə Qarabağla bağlı tədqiqat və araşdırma aparan Azərbaycan vətəndaşı kimi məndə ilk dəfə öz ürək sözlərimi Birinci xanıma söyləmək istərdim.
Hər bir şəxs üçün müəyyən günlər var ki, onu özü üçün müqəddəs gün hesab edir. Ancaq bu günlər arasında insanın dünyaya gəldiyi gün hər kəs üçün həqiqətən müqəddəs gün sayılır. Və digər maraqlı məqam onda olur ki, ömür yolunun daha bir ilinə yekun vurduqda insan özünə bir hesabat verir. Mən hansı işlərə və ya ilklərə imza atdım və yarımçıq qalan işlər oldumu?
Sözsüz əgər Mehriban əliyevadan söz düşürsə demək ilk olaraq xanımın Azərbaycan mədəniyyətinin təbliğiylə bağlı dünya əhəmiyyətli layihələri yada düşür. Bu layihələr saysız-hesabsız olduğundan onları sadalamaq fikrində deyiləm. Tək muğamın təbliğiylə bağlı həyata keçirilən layihələr kifayət edər. Bura Azərbaycanın idman ölkəsi, turizm mərkəzi kimi tanınması ilə bağlı görülən işləri də əlavə etsək demək Azərbaycannın müasir tarixində Birinci xanım öz layiqli yerini artıq tutmuşdur.
Bəs Birinci xanıma belə əziz gündə nəyi arzu edərdim?
Hər bir valideynin ən böyük arzusu oğul toyunu, övlad toyunu görmək hesab olunur. Mehriban xanıma ən böyük arzum ögul toyunun məhz Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad ediləcək şuşada, Cıdır düzündə keçirməyi qismət eləsin. Deyərdim bəlkədə bundan yüksək arzu ola bilməz, Allah bu arzumu çin etsin.
Sonuncu arzum odur ki, işğal altında olan torpaqlarımız tezliklə azad edilsin, Prezidentin ən yaxın silahdaşı kimi Sizində iştirakınızla, bizdə işğal altından azad ediləcək torpaqlarda quruculuq işlərində yaxından iştirak edək və bu gün minlərcə insanın qatıla bilmədyi bələdiyyə seçkilərinin bu ərazilərdə keçirilməsində, təşkilində və hətta şuşada səsvermədə iştirak etmək Sizə qismət olsun.
Amin!!!
Vüqar Tofiqli