"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Birinin borcu, digərinin alacagı varmış- Bələdiyyələrin DSMF-yə borcu varmı?

--2018-08-20 / 18:39

Bu gün yenidən gündəmə gətirilən mövzulardan biri də bələdiyyələrin DSMF-yə olan borclarıyla bağlıdır. Nəzərə alsaq ki, hazırda ümumi bələdiyyələrin DSMF-yə 13 milyon manata yaxın borcu var, düşünmək olar ki, bu məsələ ciddidir. Və rayon bələdiyyələrinin böyük əksəriyyətinin bu gün məhz bu bocra görə bank hesabı bağlıdır. Nəticədə bələdiyyə hər hansı bir layihəni icra etmək iqtidarında olmur.

Bununla bağlı bələdiyyələrdən apardığımız sorğunu oxucuların diqqətinə çatdırırıq:

Lənkəran rayonu Hirkan bələdiyyəsinin sədri ələmşah Məmmədov:

-Bizim bələdiyyənin DSMF-yə hər hansı bocru yoxdur. əksinə artıq ödəmə sayəsində DSMF-nin bizə borcu vardır. Ümumiyyətlə, sədrlər çalışmalıdırlar ki, rəhbərlik etdiyi qurumun borcu yaranmasın.

şəmkir rayonu Çirnarlı bələdiyyəsinin sədri Arzu Qafarov:

-DSMF-yə borcumuz alt min yaxın olub. Hazırda 1200 manata yaxın qalıb. Cənab Prezdentin sərəncamından ləngidiyimizdən yararlana bilmədik. Təəssüf. Ancaq ilin sonunadək çalışıb borcu silməliyik. Başqa variant yoxdur.

Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri intizar Rzayeva:

-Bələdiyyəmizin DSMF-yə borcu yoxdur. indiyədək bu borcun yaranmaması üçün  bütün vasitələrdən istifadə etmişik.

Yevlax bələdiyyəsinin sədri Elmi Səfərəliyev:

Rayonda formalaşan 29 bələdiyyədən yalnız Balcılı bələdiyyəsinin DSMF-yə borcu yoxdur. Qalan 28 bələdiyyənin kifayət qədər borcu var. Və bu borcun əksəriyyəti keçmiş sədrlərdən qalma borcdur, üstəlik də hesablanmış peniyadır.

 Belediyye.info

ŞƏRHLƏR