"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Birlik və qardaşlığımızın gücünü layiqincə nümayiş etdirməliyik

--2022-05-21 / 15:43

May ayının 13-dən 15-dək qardaş Türkiyə ölkəsinin Adana vilayətinin Qədirli bələdiyyəsi tərəfindən keçirilən I Beynəlxalq Türk Dünyası Mədəniyyət və Sənət Festivalı öz işini uğurla başa çatdırıb.

Qədirli şəhərciyində dövlət qurumlarının məsul nümayəndələri tərəfindən yüksək səviyyədə həyata keçirilən möhtəşəm qarşılanmadan sonra 3 gün davam edən festivalda Azərbaycan təmsilçiləri uğurlu çıxışları ilə türk dünyasına layiq ustalıq və peşəkarlıqla təşkil olunmuş tədbirə xüsusi rəng qatıblar.

Qədirli bələdiyyəsinin gəzməli, görməli yerləri ziyarət olunduqdan sonra festifalın 3-cü günü “Azərbaycan günü” adı altında keçib. Həmin gün tədbirdə iştirak edən hər kəsin yaddaşına silinməz izlər buraxıb. Tədbirdəki çıxışlar, dalğalandırılan bayraqlar fonunda oxunan mahnı və şeirlər, ifa olunan rəqslər türk dünyasının əzəmətini parlaq şəkildə bir daha canlandıra bilib.

Dünyanın 7 ölkəsindən – Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıctan, Türkmənistan, Bolqarıstan və irakdan gəlmiş mədəniyyət və sənət adamlarının diqqətə çatdırdıqları, təqdim etdikləri sənət, yaradıcılıq nümunələri birlik və qardaşlığımızın gücünü layiqincə nümayiş etdirib, qarşıda duran vəzifələrə aydınlıq gətirib.

Sözügedən tədbirdə Azəırbaycanı təmsil edən qrupda Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-tərcüməçi, “ismayıllı xəbərləri” qəzetinin baş redaktoru, ismayıllı bələdiyyəsinin sədr müavini şahməmməd Soltanov (Dağlaroğlu) da iştirak edib.

Yaddaqalan səfərdən xoş təəssüratlarla qayıdan bələdiyyə təmsilçimiz qardaş ölkədə bələdiyyələrin fəaliyyət və nüfuzundan nümunə kimi yararlanmağı vacib hesab edir.

Ülkər əsədova,

ismayıllı bələdiyyəsinin əməkdaşı

ŞƏRHLƏR