"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biz çalışmalıyıq ki...

--2018-02-05 / 13:54

Respublikamızın   hər yerində  fəaliyyət  Proqramına   çevrilmiş, cənab Prezidentin    fərmanı ilə  təsdiq  edilmiş  Regionların  sosial  iqtisadi  inkişaf proqramından  irəli gələn  vəzifələrin  həyata  keçirilməsi  istiqamətində  rayonumuzda da  ciddi  işlər aparılır. Mövcud  problemlərin  çatışmamazlıqların aradan  qaldırılması  üçün   tədbirlər  görülür.

Biz    şəhər   bələdiyyəsi olaraq , rayonda  qazanılmış  nailiyyətlərə öz  töhfəmizi  qatmaq  üçün səylərimizi əsirgəməmişik.

Bələdiyyələrin  gələcək fəaliyyətinin  səmərəli  təşkil edilməsini təmin etmək məqsədi ilə daimi  komissiyalar yaradılaraq,əməli  işlərin  aparılması üçün tədbirlər  görülür. şəhər bələdiyyəsi   olaraq   biz   fəaliyyətimiz  dövründə  maksimum   dərəcədə   əhalinin   sosial şəraitinin  yaxşılaşdırılmasına, onların   şəhərin  xidmət   təşkilatları  tərəfindən  göstərilən  xidmətlərin  yüksək  səviyyədə  təşkil  edilməsinə  çalışırıq. Bələdiyyə  üzvləri  mütəmadi olaraq  şəhər  ictimaiyyəti  ilə birgə  işin   qurulmasını  təmin etmək   üçün   çalışmışdır.

Fəaliyyətimizi   şəhər    sakinlərinin    firavan   həyat şəraitinin  yaradılmasına  istiqamətləndirilmiş  tədbirlərin görülməsi ilə  davam  etdirəcəyik.

şəhərimizdə  görüləcək  işlərimiz  çoxdur.

 Biz  əsasən  yeni salınmış məhəllələrdə   yolların  çəkilişinə,  su  və kanalizasiya  xətlərinin  qurulmasına , qaz  və elektrik   xəttləri  ilə  təmin   edilməsinə    diqqətimizi  artıracayıq.

il ərzində bələdiyyəyə rəsmi orqanlardan 404 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 47-si şəhər icra Hakimiyyətindən,  155-i Qusar rayon icra şöbəsindən,31-i idarə və təşkilatlardan, 171-i şəhər sakinləri tərəfindən  göndərilib.Sənəd və məktublara müvafiq qaydada baxılıb,cavablar göndərilib.

Hesabat ili ərzində 920  nəfər  fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq öz həllini tapıb.  Həmçinin bələdiyyədə 67 nəfər hərbiçinin gəlmə-getmə qeydiyyatı aparılıb.

Biz   çalışacayıq  ki,  şəhərimizin   əlaqədar  təşkilatları, idarə  və müəssisələri  ilə  birgə   əlaqəli işimizi   quraq  doğma   şəhərimizdə aparılan   quruculuq   , abadlıq   işlərinin  geniş  vüsət  almasına   nail olaq .  Amma  buna  baxmayaraq  Qusar   Bələdiyyəsinin  2017-ci   il ərzində   gördüyü  işlər, təşkil etdiyi    tədbirlər    də  az  olmayıb .

Qusar  bələdiyyəsi   2017-ci  ildə  14  iclas   çağırıb.  Bu  iclaslarda  bələdiyyə  üzvləri     bütün   məsələlərin   müzakirəsində  yaxından   iştirak  etmişdir. Bu    dövrdə   bələdiyyə   mədəni-kütləvi   tədbirlərin     Novruz  Bayram    el  şənliklərinin  və   1 iyun  -  Uşaqların   Müdafiəsi  günü  tədbirlərin  həyata  keçirilməsində   yaxından   iştirak  etmişdir. Yeni   il   bayramı   ilə əlaqədar  mərkəzi  meydanda   yeni il il  yolkası   bəzədilmişdir.

Bələdiyyənin  önəm verdiyi  istiqamətlərdən ən vaciblisi imkansız  və kimsəsiz  şəxslərə maddi  yardımların verilməsidir. Bu  işlər  pul, tikinti materialları, ərzaq  yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində  həyata  keçirilir.

Sakinlərin fərdi  müraciətləri  əsasında  bələdiyyədə imkansız ailələrin siyahısı  hazırlanıb, həmin siyahıya əsasən  bayramlar ərəfəsində ərzaq bağlamaları  paylanılmışdır.

Novruz   Bayramı   münasibəti  ilə   Qarabağ   müharibəsi əlillərinə  və imkansızlara  - cəmi  80   ailələyə  bayram    töfhələri   paylanmışdır. Ramazan   və  Qurban    bayramları   münasibətilə   imkansız   , əlil   və  aztəminatlı  -  cəmi  180    ailəyə   bayram   sovqatları  paylanmışdır. 8  ailəyə   dənf   xərclərində  köməklik edilmişdir.14   aztəminatlı  ailəyə   maddi   yardım  edilmişdir.

Yüksək   nailiyyətləri   ilə  seçilən    idmançılara  pul   mükafatları  verilmişdirş  imkansız  6  və  5  Qarabağ     müharibəsi  əlillərinin  ailələrinə    maddi   köməklik    göstərilmişdir.   

Bu   il  müddətində  Qusar  bələdiyyəsi   tərəfindən   bir   sıra  abadlıq-quruculuq,  təmir-tikinti  işləri  aparılmışdır.  

-   L.Nemət  küçəsinə düşən pilləkanlar  təmir   edilmişdir.

-   Piroğlanov,K.Kərimov,L.Nemət və Ləzgitsev küçələrinə 400 kub metr çınqıl döşənərək,yayılmışdır.

-   şəhərin Z.Tağıyev küçəsindən Yaşıl təpə massivinə qalxan küçəyə çınqıl daşınaraq,yayılıb və hamarlanmışdır.

-   şəhər qəbristanlığının dəmir çərçivələri rənglənmişdir.

-   Qusar  şəhərininin Heydər əliyev  prospektində   şam  ağacı əkilmişdir.

-   Uşaq əyləncə Mərkəzində təmir- tikinti işləri aparılmışdır.Su təchizatı yenidən quraşdırılmışdır və ağaclar əkilmişdir.

-   Balaqusar  və Çiləgir  yollarında    təmizlik   və əhəngləmə  işləri  aparılmışdır.

-   Azadlıq küçəsindəki  pannonun   şəkilləri  yeniləri  əvəz   olunmuşdur.

-   Qayakənd   kənd   küçələrinə  çığıl    daşınmış    və   yayılmışdır.

-   Qayakənd məktəbində su nasosu yenisi ilə əvəz olunmuşdur.

-   Qayakənd  kənd    qəbristanlığında  tor     hasar   çəkilmiş,  metal   kalitka   quraşdırılmış    və talvar      təmir   edilmişdir.

-   Səfixanov küçəsində 50 P/M  su arxı  təmir  edilmişdir.

-   idman Kompleksinin yanından 160 metr uzunluğunda yeni yol salınmışdır.

-   Tağıyev    küçəsində uşaqlar üçün  əyləncə    artaksionları, günlük  quraşdırılmışdır

-   Qusar şəhərinə giriş kompleksində pannodakı lövhə şüşələri yeniləri ilə əvəz edilmişdir.

-   Qayakənd körpüsünün yanına və L.Nemət  küçəsinə çınqıl döşənərək yayılmışdır.

-   E.ibrahimova küçəsində  dəmir hasarlar təmir edilmişdir.

-   F.Musayev küçəsində abadlıq-quruculuq işləri aparılmış, küçə divarları yağlı boya ilə rənglənmişdir.

-   Heydər əliyev  prospektində yanacaq doldurma məntəqəsinin  yanından E.ibrahimova küçəsinə  düşən 112  pilləli   pilləkan  tikilərək sakinlərin istifadəsinə verilmişdir.

-   Milli Qəhrəman  Ç.Qurbanovun barelyefi  hazırlanmışdır.

-   şəhid şahmərdanov Sultan Niyaz oğlunun yas mərasimi keçirillmişdir.

 şəhərin   mərkəzi meydanında  və   çayın sol  sahilində yerləşən Veteranlar evlərinin   qaz     abunə   haqları   mütəmadi     olaraq ödənilmişdir.

şəhərdə    qanunsuz  olaraq    zəbt   edilmiş   torpaq   sahələri geri qaytarılaraq  1 şəhid  ailəsinə,1 Qarabağ   müharibəsi əlilinə və 2 aztəminatlı   ailəyə   yaşayış evlərinin   tikintisi   üçün   torpaq   sahələri  ayrılmışdır.

2018-ci ildə bələdiyyə  tərəfindən görüləcək  işlərin  geniş planı hazırlanmışdır

Biz   görülmüş   işləri   sadalamaqla    kifayətlənməməliyik.  Acıq  etiraf  etməliyik  ki,  şəhərimizin  problemləri  mövcuddur. Görülmüş   işlərə  nəzər   yetirməklə  mövcud  problemlərin  aradan   qaldırılması  üçün   yollar  axtarmalıyıq.

Biz  çalışmalıyıq ki, şəhər   ictimaiyyətinin   köməyinə  arxalanmaqla  doğma Qusarımızın  abadlaşdırılmasına ,  əhalinin    yaşayış   səviyyəsinin  yüksəlməsinə   yönəldilmiş   tədbirlərin   həyata  keçirilməsində  rayon  icra   hakimiyyətinin   başçısı  hörmətli   şair Alxasovun bu istiqamətdə  apardığı  geniş   miqyaslı  işlərə  öz  töhfəmizi  verək.

əlfəddin ibrahimov

Qusar Bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR