Azərbaycan Prezidenti cənab ilham əliyevin uğurlu siyasətinin nəticəsində Ağdam rayonu günü-gündən inkişaf edir və abadlaşır.
Bu gün rayonda bütün layihələr, görülən işlər konkret proqram çərçivəsində həyata keçirilir. Ancaq biz görülən işlərlə kifayətlənməməli və daim irəli baxmalıyıq ki problemlərimizi də daha aydın şəkildə görə bilək.
Ötən il Quzanlı qəsəbəsində sakinlərin rahatlığını təmin etmək məqsədilə 3.8 km daxili yollara asfalt-beton örtüyü çəkilərək qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.
imamqulubəyli kənd sakinlərinin tibb məntəqəsinə zəruri ehtiyacı olduğu üçün müasir üslübda tibb məntəqəsi inşa edilərək kənd sakinlərinin istifadəsinə verilmişdir. Hazırda digər kəndlərdə də tibb məntəqəsinə ehtiyac olduğu nəzərə alınaraq növbəli şəkildə tikilməsi üçün torpaqayırma və eskiz layihələrin hazırlanması işləri aparılır. Qeyd edək ki, həmin binaların tikintisi rayonun daxili imkanları hesabına aparılacaqdır.
Quzanlı qəsəbəsi ərazisində fəaliyyət göstərən Ruhi əsəb dispanseri əsaslı təmir olunmuş, istilik sistemi ilə tam təmin edilərək istifadəyə verilmişdir.
2018-ci il ərzində rayon ərazisində məskunlaşan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Quzanlı qəsəbəsi “daş evlər” adlanan ərazidə 64 evdə təmir işləri aparılmışdır.
Ağdam rayonunun düşmənlə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evlərinin bərpası üçün Ölkə rəhbəri cənab ilham əliyevin imzaladığı Sərəncama əsasında kəndlərdə aparılan bərpa işləri yüksək səviyyədə həyata keçirilir. Belə ki, bu günə kimi 50 evin dam örtüyü vurulmuş, digər cari təmir işləri, digər evlərdə isə söküntü və ya bərkitmə işləri aparılır. 3- cü rübün sonuna qədər işlərin başa çatdırılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağdam rayonunun Birinci yüzbaşılı kəndində 132 şagird yerlik yeni tam orta məktəbinin tikintisi işlərinə başlanılmış və növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Cənab Prezidentin digər Sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarılması üçün 35 ədəd subartezian quyusu qazılmış, elektrik xəttləri çəkilmiş son tamamlama işləri aparılır. 2019- cu ildə əkin sahələrinin suvarılması zamanı istifadəyə verilməsi nəzərdə tutulur.
Rayon ərazisində növbəli şəkildə layihələri və planları həyata keçiriləcək bir sıra obyektlər nəzərdə tutulmuşdur. Belə ki, Xındırıstan kəndi ərazisində möhtəşəm istirahət parkının salınması üçün hazırda həmin ərazidə təmizlik işləri aparılır, layihələr hazırlanır, qısa zamanda parkın tikintisinə başlanılacaq. Həmin parkın daxilində köhnə qəzalı vəziyyətdə olan inzibati binanın dayanıqlığının artırılnması üçün eskiz və konustruktiv layihə hazırlanır. Qısa zamanda binanın möhtəşəm olması üçün bərpa işlərinə başlanılacaq, ərazisində abadlıq işləri aparılacaq. Həmin ərazidə yerləşən Məscidin yeni üslubda bərpası üçün layihə hazırlanır və eskiz layihə razılaşdırıldıqdan sonra Məscidin bərpasına başlanılması nəzərdə tutulmuşdur. Bütün bu işlərdə rayonun daxili imkanları hesabına görüləcək.
Rayon ərazisində köçkün qəsəbələrində istifadəsiz qalmış 20 hamam binasında təmir-bərpa işləri aparılıb yaşayış üçün yararlı vəziyyətə gətirilərək evə ehtiyacı olan köçkünlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Uzunluğu 5.6 km olan Kolqışlaq-Mirəşəlli-əhmədağalı-Çıraqlı avtomobil yolunun əsaslı təmirinə başlanılmışdır və hazırda yol yatağının genişləndirilməsi, su ötürücü boruların quraşdırılması və yol yatağına qum-çınqıl tökülüb kipləşdirilməsi işləri aparılır.
Rayonumuz bundan sonrada uğurla inamla inkişaf edəcəkdir.
Etiraf edilməlidir ki, hazırda rayon ərazisində aparılan bütün tikinti-quruculuq işləri ölkə prezidenti cənab ilham əliyevin Ağdama və ağdamlılara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Abduləli Mehdiyev
Ağdam Rayon icra Hakimiyyəti Başçısı
Aparatının Memarlıq və Tikinti
şöbəsinin müdiri, Baş memar