"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biz kimlərə səs vermişik?

--2017-06-09 / 00:47

Azərbaycanda 2014-cü il  bələdiyyə seçkilərindən sonra 1607 bələdiyyə formalaşdırıldı. Və biz  ölkə üzrə 16 min nəfərə yaxın bələdiyyə üzvü seçdik.

Bu gün yeni tərkibdə formalaşan bələdiyyələrin fəaliyyətinin, demək olar ki, yarı ili tamam olur. Yəni beş ilin artıq iki il yarımı arxada qalmaq üzrədir. Bəs ötən dövrə nəzər yetirsək nəyi görərik?

Söz yox ki, bələdiyyə sədrlərinin bir xeyli hissəsi yenisiylə əvəzləndi. Sanki gənclərin və qadınların gəlişi bələdiyyə sisteminə yeni nəfəs gətirdi.  Bu həqiqətən də belədir. Müşahidə etdiyimiz bəzi məqamlara diqqət yetirək.

Unutmayaq ki, bələdiyyələr sakinləri narahat edən yerli əhəmiyyətli məsələlərin həlliylə məşğul olan  seçkili orqandır.

Bu  gün ötən illərə diqqət yetirsək görərik ki, cəmiyyət bu sturkturu hələ də tam “sinirə” bilmir. Və buna parallel bələdiyyə sistemi  özünü hələ də, yaxşı mənada,  tanıda  bilməyib.

Bu gün əgər hanısasa bankda bələdiyyədən daxil olan maliyyə vəsitini dövlət büdcəsindən daxil olan  maliyyə vəsaiti hesab edirlərsə və buna görə nəqdləşdirməyə imkan vermirlərsə, demək günah bank əməliyyatçısında yox, biz bələdiyyə təmsilçilərindədir.

ikinci bir məqamda maraq doğurur. Kimlərinsə bələdiyyəni vaxtında cəmiyyətə torpaqsatan qurum kimi təqdim etməsi nəticədə bələdiyyənin nüfuzuna təsir etmiş oldu.   Bu gün cəmiyyət bu streotipdən kənara çıxa bilmir. Baxmayaraq ki, hər kəs gözəl bilir ki, torpaq satışı üçün ilk olaraq rəsmi və qeyri-rəsmi hansı struktur razılıq verməlidir.

Üçüncü məqam da diqqəti çəkir. Yeni seçilmiş bələdiyə sədrləri qollarını çırmalayıb ciddi layihələrə başladığı vaxt məlum olur ki, sədrlik etdiyi bələdiyyənin kifayət qədər borcu var.  Sözsüz ki, bu borc bir günün borcu deyildir. illərlə yığılıb qalmış borcdur. Üstəlik borca görə bank hesablarına da “inkassa” qoyulub.  

Və ya  başqa bir fakta müraciət edək. Məhkəmə instansiyası hər hansı tutarlı sənəd olmadığı halda illik büdcəsi 35 min manat olan bələdiyyəyə 80 min manat cəriməni açıq-açığına “yükləyir”. Və bələdiyyədə bununla da  sakinlərə  deyil, bundan sonrakı iki il  yarımda konkret bir sakinə işləyib bu borcu qaytarmaq məcburiyyətində qalır.  Burada sədrin təcrübəsizliyi öz sözünü deyir. Yəni yeni seçilmiş bələdiyyə sədrinin üzüyola hərəkəti nəticədə bələdiyyəni maliyyə faciəsiylə üz-üzə  qoyub. Qanunlardakı bir sıra  boşluqlar bələdiyyənin fəaliyyətinə  əngəl yaradır.   

Bundan başqa bir neçə  bələdiyyədə qeyi-adi idarəçilik mexanizminin qurulması da təəsüf hissi doğurur. Sədr istefa verir, vəziyyətdən çıxış yolu kimi,  icra hakimiyyətinın dəstəyi ilə bələdiyyədə icra aparatı  strukturu yaradılır və səlahiyyət dolayısıyla aparat rəhbərinə verilir. Buna nə ad vermək olar?

Nəticə etibariylə bələdiyyələrin fəaliyyəti qənaətbəxş deyildir deyənlərə demək istərdim ki, biz də bu qurumların fəaliyyətindən razı deyilik. Amma, gəlin açıq danışaq, orta  hesabla  ay ərzində təxminən 2500 manat qazanan bələdiyyədən bundan artıq nəyi gözləməliyik?

Onlar bugün qazandıqlarından bəlkə də iki qat, üç qat artıq işləyirlər. Bu strukturların maliyyəsini biz verməliyik, biz formalaşdırırıq. Gəlin görək hansı birimiz yerli vergiləri ödəmişik? Və ya bunun haqqında bilgimiz varmı? Min bir bəhanəylə bu ödənişdən yan keçmək istəyirik.

Gəlin bir məqamı unutmayaq. Biz fəaliyyətimizi təbliğ etmirik. Onlarca layihə haqqında ictimaiyyətin bilgisi yoxdur. Bu sahədə çox passivik. Gözləmə mövqeyindəyik.

Bəli, bələdiyyələrin inkşafına maneə yaradan  səbəblər çoxdur. Amma bələdiyyənin inkişafını birinci növbədə sistemdə çalışanlar bilməli və buna maraqlı olmalıdır. Nəzərə alsaq ki, problemlərin aradan qaldırılması üçün dövlət başçısı tərəfindən addımlar atılır və bundan sonra da atılacaq.

Beləliklə, bələdiyyə sistemi öz fəaliyyətiylə etmadı qazanmalı, bir-birinə dəstək verməli, qarşılaşdıqları problemlərə  birgə sinə  gəlməli və ən nəhayət fəaliyyətlərini  təbliğ etməldirlər.   

Son olaraq qeyd edim ki, biz seçicilərində üzərinə müəyyən məsuliyyət yükü düşür. Biz kimə və kimlərə səs verdiyimizi bilməliyik.

Bu gün əgər bələdiyyə sədri telefon zənginə cavab vermirsə, sakini qəbul etmirsə,  seçici onu maraqlandıran suallara  bələdiyyədən cavab ala bilmirsə, seçici indidən  kimə səs verəcəyini nəzərə almalıdır.

Bələdiyyə sisteminin inkişafına maraqlı olan şəxs kimi deyə bilərəm ki, bu gün   bələdiyyənin inkşaf konsepsiyasının hazırlanma vaxtı çatıb. Bu inkişaf konsepsiyasında bütün məqamlar öz əksini tapmalı, problemlər çözülməli və yeni problemin yaranmasına şərait yaradılmamalıdır. Burada bütün tərəflərin fikirləri, həm icra strukturlaının, həm bələdiyyələrin , həm də seçicilərin marağı təmin edilməlidir.

Düşünürəm ki, yalnız belə olan halda bələdiyyə sistemi daha böyük uğurlara imza ata bilər.

Vüqar Tofiqli

“Bələdiyyələri fəaliyyətinin təbliği”  ictimai Birliyinin sədri

 

 

 

ŞƏRHLƏR