"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biz xidməti borcumuzu yerinə yetiririk- BəLəDiYYə SəDRi YAZIR

--2017-01-26 / 15:37

Dövlət müstəqilliyimizin banisi, ümummilli lider Heydər əliyev yerli demokratiyanın inkişafı istiqamətində xeyli işlər görmüşdür. Həmçinin möhtərəm Prezident ilham əliyevin bu sahədə apardığı siyasət bu gündə öz bəhrəsini verməkdədir. Son illər Azərbaycanda demokratik ənənələrin təşəkkülü və yerli özünüidarəetmənin inkişafı sahəsində atılan uğurlu addımlar, “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın müvəffəqiyyətli icrası nəticəsində bütün regionlarda əhalinin sosial rifahının yaxşılaşması və bələdiyyələrin yerli infrastrukturunun inkişafı yolunda görülən işlər təqdirəlayiqdir. Xüsusilə də bələdiyyələr yerli demokratiyanın inkişafı yolunda böyük rol oynayır. əlavə olaraq dövlət başçısı ilham əliyevin rəhbərliyi altında respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, demokratik dəyərlərin təşəkkülü istiqamətində də uğurlu addımlar atılır. Onu göstərmək kifayətdir ki, cari ildə Nizami (Gəncə ş.) Bələdiyyəsi şəhərimizin ictimai həyatında daha fəal iştirak etməyə başlamış və yerli demokratiya inkişafında, sosial problemlərin həllində xeyli irələyişə nail olmuşdur.

şəhər və rayon icra Hakimiyyətlərinin bilavasitə diqqəti sayəsində sosial problemlərin həllində, yerli əhalinin mənafeyinin qorunmasında bələdiyyəmizin xüsusi çəkisi vardır. Bir çox yerli əhəmiyyətli təmir-tikinti və abadlıq, həmçinin ekoloji problemlərin həlli istiqamətində icra Hakimiyyətlərinin tövsiyyələrini nəzərə alaraq tədbirlər həyata keçirilmişdir.

Belə ki,

  • Hava Limanı yolunda görülən işlər:

-  “Gəncə Maşınqayırma Zavodu”nun yataqxanasına gedən yolun sağ hissəsindəki səkiyə 100 kv.m. tamet daşı vurulmuşdur;

-  işıq dirəklərinin oturacaqlarındakı sıradan çıxmış 8 kv.m. qranitlər yenidən bərpa edilmişdir;

-  yolun kənarlarındakı sədlərin üzərində olan sıradan çıxmış 10 kv.m. aqlay daşı yenidən bərpa edilmişdir;

-  Nizami (Gəncə ş.) Bələdiyyəsinə aid yaşıllıq zonasında ağaclar suvarılmışdır;

-  yolun orta hissəsindəki səki daşları alaq otlarından təmizlənmişdir;

-  “Eleqans” mebel mağazasının qarşısında sıradan çıxmış 3 kv.m. tamet örtüyü yenisi ilə əvəz edilmişdir;

-  Nizami (Gəncə ş.) Bələdiyyəsinə aid yaşıllıq ərazisına 300 ədəd qızılgül kolu əkilmiş və bəzi ağacların yerləri dəyişdirilmişdir;

-  yolun kənarında yerləşən sıradan çıxmış məhəccərlər yenidən düzəldilmişdir;

-  yolun kənarlarındakı sədlərin üzərində olan sıradan çıxmış 8 kv.m. aqlay daşı yenidən bərpa edilmişdir;

-  yolunun kənarına çəkilmiş sədlərin 14 kv.m. sınmış və sıradan çıxmış aqlay daşları bərpa edilib və qismən yenisi ilə əvəz olunmuşdur;

-  “Azpetrol” yanacaq doldurma məntəqəsinin yan tərəfində dağılmış bardyurlar bərpa edilmişdir;

-  “Gəncə darvazası”nın sağ hissəsindəki yolun kənarındakı səddin üzərində olan 6 kv.m. aqlay daşı yenidən bərpa edilmişidir;

-  “Gəncə darvazası” ətrafına torpaq yayılma işlərində Nizami (Gəncə ş.) Bələdiyyəsinin işçilərin aktiv şəkildə köməklik etmişdir;

-  Hava limanı yolunda baş vermiş bütün yol qəzalarının təmizlik işləri görülmüş və qəza nəticəsində sıradan çıxmış tamet, bardyur və səki daşları təmir edilərək yenisi ilə əvəz edilmişdir;

-  yolu iki hissəyə bölən ərazidə 12 kv.m. tamet vurulmuş, sıradan çıxmış bir neçə işıq dirəyinin oturacağına qranit örtüyü vurulmuşdur.

  • Nizami Gəncəvi prospektində görülən işlər:

-  prospektdə yerləşən yaşıllıq ərazisındakı 5 ulduza və Yeni Gəncə dairəsinə 1200 ədəd petunya və qeran gülləri, həmçinin 10 ədəd dekorativ ağaclar əkilmişdir;

-  keçmiş şəmkir avtovağzalındakı bağda abadlıq işləri aparılaraq əlavə 40 ədəd şam ağacı əkilmişdir;

-  prospektdə yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının qarşısındakı sökülmüş 20 kv.m. aqlay yenisi ilə əvəz olunmuşdur;

-  prospektdə yerləşən ticarət obyektlərinin üzərindəki alkaponların sökülməsinə köməklik göstərilmişdir;

-  prospektdə yerləşən “Xəmsə”memarlıq abidəsinin təmir işləri aparılaraq dağılmış mərmərlər bərpa edilmiş, fəvvarənin nasosları yenisi  ilə  əvəz edilimiş,işıqlanma sistemi yenilənmiş və 10 ədəd çinar ağacları əkilmişdir;

-  prospektdə yerləşən “Elsəvər” marketin qarşısındakı evin sınmış şüşələri dəyişdirilmiş və rəngsazlıq işləri görülmüşdür;

-  prospektdə yerləşən yaşıllıq ərazisində 6 ədəd qurumuş lyandra ağacları çıxarılmış və yerinə yeni lyandra ağacları əkilmişdir;

-  prospektdə yerləşən Ramada Plaza oteli ilə Heydər əliyev parkının kəsişdiyi yolun sağ və sol hissələrindəki səki daşları, həmçinin prospektin ümumilikdə sağ və sol hissələrindəki səki daşları alaq otlarından təmizlənmişdir;

-  prospektdə 4 kv.m. çökmüş tamet daşları yenisi ilə əvəz edilmişdir;

-  “Azpetrol” yanacaq doldurma məntəqəsinin arxa hissəsində alaq otları biçilmişdir;

-  “Azpetrol” yanacaq doldurma məntəqəsinin arxasında yerləşən “Büllur” zavodun hasarı tam şəkildə yenidən rənglənmişdir;

-  Nizami Gəncəvi prospekti ilə 28 May küçəsinin kəsişməsinin sağ hissəsində yerləşən yaşıllıq ərazisınə 18 ədəd dekorativ ağaclar əkilmişdir;

-  Nizami Gəncəvi, ş.i.Xətai, H.əliyev və Atatürk prospektlərində ictimai nəqliyyat dayanacaqları təmizlənərək yenidən təmir olunub rənglənmişdir;

-  Nizami Gəncəvi və Heydər əliyev  prospektlərinin kəsişməsində yerləşən yeraltı keçiddə təmir işləri aparılmışdır;

-  prospektdə 100 m-dən çox bardyur istifadə olunaraq 100-ə yaxın ağac dibləri genişləndirilmişdir.

  • 28 May ilə Mehmandarov küçələrinin kəsişməsində yolun sağ hissəsində  40 kv.m. tamet örtüyü yenisi ilə əvəz olunmuş və yaşıllıq ərazisinə 40 ədəd şam ağacı əkilmişdir.
  • 28 May küçəsində Nizami rayon icra hakimiyyətinin yanından Novruz meydanınadək 40 ədəd ağacın kənarındakı bardyur daşları sökülmüş və yenisi ilə əvəz olunmuşdur.
  • 28 May küçəsində yerləşən 68-69, 71-73 və 78-79 nömrəli binaların fasad hissələri yenidən  rənglənmişdir.
  • 28 May küçəsində yerləşən Nizami rayon icra Hakimiyyətinin yanında yolun kənar hissəsində yerləşən küçə göstəriciləri dirəyinin dibi betonlanıb və  üzərinə küçə adları quraşdırılmışdır.
  • Mehmandarov küçəsi ilə 28 May küçəsinin kəsişməsinin sağ hissəsində əkilmiş yaşıllıq ərazisinin suvarılması üçün 30metr su xətti yenisi ilə əvəz edilmişdir.
  • Novruz meydanından Heydər əliyev parkına keçən yerüstü keçidinin arkaları təmir olunmuş və gecə işıqlandırma sisteminin xətləri yenidən bərpa edilmişdir.
  • Yeni Gəncə yaşayış massivində yerləşən 60 və 61 nömrəli yaşayış binalarına dam örtüyü vurulmuşdur
  • Yenı Gəncə yaşayış massivində yerləşən 24 nömrəli yaşayış binasının qarşısındakı “Xeyir-şər”mağarı təmir edilmişdir.
  • Yeni Gəncə yaşayış massivində yerləşən 24 AB nömrəli yaşayış binasının qarşısındakı 11 ədəd oturacaqlar təmir edilmiş və rənglənmişdir.
  • “Veqo” otelinin qarşısında sıradan çıxmış 12 kv.m. tamet örtüyü bərpa edilmişdir.
  • Bələdiyyənin istiqlal meydanında sıradan çıxmış 6 kv.m. tamet daşı yenisi ilə əvəz edilmiş, qırılan məhəccərlər qaynaq olunaraq təmir edilmiş və 10 ədəd bayraq asılmışdır.
  • Q.Hüseynli küçəsində sıradan çıxmış 3 kv.m. səki daşı yenisi ilə əvəz olunmuş və 6 ədəd yeni çinar ağacları əkilmişdir.
  • Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun adını daşıyan küçənin başlanğıcında yeni barelyefi quraşdırılmışdır.
  • Çayın kənarında evlərin söküntüsü və  vətəndaşların əşyaların daşınmasında köməklik göstərilmişdir.
  • istiqlal parkından Gülüstan yaşayış massivinədək Göygöl yolunun sol hissəsində sıradan çıxmış 10 kv.m. tamet daşları yenidən bərpa edilmişdir.
  • On bulaq ərazisində sıradan çıxmış 8 kv.m. tamet daşları yenidən bərpa edilmişdir.
  • Nizami rayon ərazisində, həmçinin “Gəncə çayı” ətrafında əsaslı şəkildə təmizlik işləri aparılmışdır.
  • Heydər əliyev pr., Ruzigar Qasımov küç., Fərhad əliyev küç., Q.Hüseynli küç., H.Hüseynzadə küç., və 28 May küçələrində yolun sağ və sol hissələrindəki piyada keçidləri və səki daşları alaq otları təmizlənmişdir.
  • Heydər əliyev Mərkəzinin Nizami (Gəncə ş.) Bələdiyyəsinə aid yaşıllıq zonasında əsaslı şəkildə iməçlik işləri aparılmışdır. Belə ki, ərazidə qurumuş ağaclar çıxarılmış, 100 ədəd yeni Eldar şamı tingləri əkilmiş, ağac diblərindəki torpaq yumşaldılmış və damçı suvarma sistemi yenidən təmir edilərək ağaclar suvarılmışdır.
  • i.Qayıbov küçəsində avtoqəza nəticəsində dağılmış 7 pm bardyur yenidən bərpa edilmişdir.
  • Gəncə şəhərinin ərazisində yerləşən 50-ə yaxın nəqliyyat dayanacağında əsaslı təmir və təmizlik işləri aparılmışdır. Belə ki, dayanacaqlardan qanunsuz reklamlar sökülmüş, yuyuyalaraq təmizlənmiş və yenidən rənglənmişdir.

Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin olunmasını daim diqqət mərkəzində saxlayan ölkə prezidenti vətəndaşların müraciətlərinə baxılmasına xüsusi önəm verir. Bu baxımdan Nizami (Gəncə ş.) Bələdiyyəsi 2016-cı il ərzində icra aparatı sistemində vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, və işlərinin təşkilində müvafiq sənədlərin icrasını təmin etmək məqsədilə məqsədyönlü işlər aparmışdır. Məhz bunun nəticəsidir ki, bələdiyyəmizə ünvanlanan müraciətlərin sayı artmış və əhalinin yerli özünüidarəetməyə inamı möhkəmlənmişdir. Cari il ərzində bələdiyyəmizə vətəndaşlar tərəfindən 300-dən çox ərizə təklif və müraciət daxil olmuşdur. Bələdiyyə sədrinə ünvanlanan ərizələr isə araşdırılaraq sosial, məişət, torpaq və yardım məsələlərinə dair müvafiq daimi komissiyalara təqdim edilmişdir. Digər tərəfdən ərizələrdə qeyd olunan məsələlərin həlli ilə bağlı yerində araşdırma aparılaraq müvafiq tədbirlər həyata keçirilmişdir. ərizə və şikayətlərdən başqa bələdiyyənin ünvanına müxtəlif qurum, idarə, və müəssisələrdən 200-a yaxın məktub və sənəd daxil olmuşdur ki, həmin sənədləri də qeydiyyata alınaraq həlli üçün müvafik addımlar atılmışdır. əhalinin sosial məsələlərinin günün tələbi səviyyəsində həll olması ilə yanaşı, həm də bələdiyyə büdcəsinin daha da artması üçün müəyyən tədbirlərin də həyata keçirilməsinə nail olunmuşdur.

əsası ümummilli lider H.əliyev tərəfindən qoyulan və dövlət başçısı i.əliyev rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanda hər bir sahənin inkişaf etməsinə yönəlmişdir. Nizami (Gəncə ş.) Bələdiyyəsi də günbəgün inkişaf edən bir qruma çevrilir. Belə ki, bələdiyyə ərazisində 17 məhəllə komitləri fəaliyyət göstərir. Məhəllə komitələrinin fəaliyyəti dövründə bələdiyyədə çevik işçi strukturu formalaşaraq qarşısına qoyduğu əksər vəzifələri yerinə yetirməyə nail olur. əhalinin sosial-iqtisadi problemlərinin aradan qaldırılması ilə yanaşı, onları yaradan əsaslı səbəblər də köklü şəkildə həll olunmağa çalışılır. Ümumilikdə bələdiyyə ərazisində yaşayan sakinlər və bələdiyyə qulluqçuları daxil olmaqla icra aparatının hər bir işçisinin sosial problemləri, maddi-mənəvi ehtiyaclarının öyrənilməsi, onların həll olunmasına maksimum kömək göstərilməsi, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması, milli bayramların qeyd edilməsi və mədəni-xeyriyyə tədbirlərinin keçirilməsi Bələdiyyənin gündəlik işində başlıca yer tutmuşdur.

Belə ki,

-  05 iyun 2016-cı il tarixində “Ramazan Bayramı” münasibətilə Gəncə şəhər Nizami rayon ərazisində yaşayan 15 nəfərdən ibarət kimsəsiz vətəndaşlarla görüş keçirilmiş və əlavə olaraq onlara bayram sovqatı paylanılmışdır;

-  Nizami (Gəncə ş.) Bələdiyyəsinin kollektivi 12 sentyabr 2016-cı il tarixində Müqəddəs “Qurban Bayramı” münasibətilə təkrar olaraq Gəncə şəhər Nizami rayon ərazisində yaşayan kimsəsiz və tənha qadınlara qurban payı paylayaraq bayramlarını təbrik etmiş, əlavə olaraq bələdiyyənin icra aparatı srukturu daxişl olmaqla cəmi 93 nəfərə qurban payı paylanmışdır, həmçinin bələdiyyədə fəhlə peşəsində işləyən əliyev Vilayət rəcəb oğluna 50 AZN maddi yardım olunmuşdur. Bu tədbirin həyata keçirilməsində bələdiyyə büdcəsindən 2100 AZN vəsait xərclənmişdir;

-  Nizami (Gəncə ş.) Bələdiyyəsi sədrinin təşəbbüsü ilə bələdiyyə qulluqçuları Gəncə şəhər Körpələr evinin azyaşlı sakinlərini ziyarət etmiş, ziyarət əsnasında körpələrin şəraiti ilə tanış olunmuş, onlara diqqət və qayğı göstərilmiş, həmçinin dəyərli uşaq geyimləri və oyuncaqlar hədiyyə edilmişdir;

-  Nizami (Gəncə ş.) Bələdiyyəsinə maddi yardımla bağlı müraciət edən vətəndaş Bayramova Gülizar Musa qızına 40 AZN, ibrahimova Aygün Elxan qızına 40 AZN, Qasımova Aynur Sabir qızına 40AZN və israfilova Məlahət Yunis qızına isə 40 AZN məblağində vəsait ödənilmişdir;

-  Nizami (Gəncə ş.) Bələdiyyəsinin icra aparatı srukturnda işləyən işçilərin yaxın qohumları vəfat etdiyi üçün bələdiyyə tərəfindən ümumilikdə 1000 AZN məbləğində maddi yardım göstərilmişdir. Bunlardan vergilər şöbəsinin aparıcı müfəttişi Qarayev Vaqif Həbib oğluna 400 AZN, təşkilati və inzibati şöbənin aparıcı mütəxəssisi Tağıyev Teymur Mehman oğluna 200 AZN, vergilər şöbəsinin aparıcı müfəttişi Mikayılov Rövşən Abbas oğluna 200 AZN və ümumi şöbənin müdiri ələkbərov Elçin əli oğluna 200 AZN məbləğində vəsait ödənilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Aktına dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-na referendum təyin edilmişdir. Referendum üzrə “Bələdiyyə” təşviqat qrupu Tədbirlər Planına uyğun olaraq Gəncə Dövlət Dram Teatrında və 3-cü mikrorayonda yerləşən 8 saylı binanın qarşısındakı məhəllə klubunda geniş tədbir həyata keçirilmişdir. Tədbirdə “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Nizami (Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Millət Vəkili Pərvin Kərimzadə, Kəpəz (Gəncə ş.) Bələdiyyəsinin sədri Yaşar Abdullayev, elm və təhsil işçiləri, ziyalılar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri yüksək əhval-ruhiyyə ilə iştirak etmişdir.

2016-ci il oktyabrın 31-dən noyabrın 6-dək Nizami (Gəncə ş.) Bələdiyyəsi tərəfindən Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, “Yerli Demokratiya Həftəsi”nin keçirilməsinə ilə bağlı tədbirlər planı tutulmuş və rayonun əhalisinə bu barədə məlumat verilmişdir. Tədbirlər planına uyğun olaraq bələdiyyə qulluqçuları tərəfindən vətəndaşlarla 3 görüş keçirilmişdir. Görüşlər zamanı bələdiyyə tərəfindən icrası həll olunmuş işlər barədə hesabat, həmçinin bələdiyyə büdcəsinin gəlir və xərcləri barədə vətəndaşlara ətraflı məlumat verilmişdir. Bundan başqa bələdiyyənin insan hüquqlarının qorunmasına dair apardığı fəaliyyət haqqında da vətəndaşlara məlumat verilmişdir.

Bələdiyyədə açıq qapı günü elan edilmiş və 50-yə yaxın vətəndaş bələdiyyə üzvləri tərəfindən qəbul edilərək onların problemləri dinlənilmiş, həmçinin bəzi problemlər yerində operativ həll edilmişdir. Görüşlər zamanı vətəndaşların qaldırdıqları əsaslı problemlər torpaqların bələdiyyə mülkiyyətinə verilməməsi, fərdi ev tikintisi üçün torpaq sahələrinin ayrılması, tikilmiş evlərin sənədləşdirilməsi, bəzi ərazilərə suyun vaxtlı-vaxtında verilməməsi, zibillərin ərazilərdən müntəzəm olaraq daşınmaması və müəyyən yolların dağınıq və narahat vəziyyətdə olmasıdır. Bundan başqa əhalinin işsizlik və maddi yardımlarla bağlı problemləri müzakirə eildi. Müzakirə zamanı problemlərin bəziləri yerindəcə həll edilmiş, bəziləri isə müddət qoyularaq həll edilməsinə söz verilmişdir. əlavə olaraq vətəndaşlara bildirilmişdir ki, istənilən vaxt Nizami (Gəncə ş.) Bələdiyyəsinin fəaliyyəti haqqında tam məlumat almaq üçün, təklif və şikayətləri bələdiyyədə yeni yaradılan www.nizami.bel.az saytından və (+99422) 254 5028 nömrəli qaynar xəttindən istifadə edə bilərlər.

Onu da qeyd edirik ki, bütün bunlar bələdiyyənin inkişafı sahəsində tərtib etdiyimiz proqramda nəzərdə tutulan işlərin az hissəsidir. Çalışılacaq ki, bələdiyyə ərazisində aparılan bütün sosial təminatın yaxşılaşdırılması və abadlıq işləri hər bir məhəlləni əhatə etsin. Çünki biz öz xidməti borcumuzu yerinə yetiririk.

   

                                                         Q.Məmmədov

Gəncə şəhər Nizami bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR