"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün hər zaman çalışacağıq

--2023-01-09 / 13:13

(Mərdəkan bələdiyyəsinin 2022-ci ildə görülmüş işləri barədə Hesabatı)

 Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində, Xəzər rayonu da bu gün yüksəliş dövrünü yaşayır. Burada abadlıq, yenidənqurma işləri yüksək templə davam etdirilir, yaşıllıqlar, gözəl parklar hamıda xoş ovqat yaradır.

Eyni zamanda “Bakı Abadlıq Xidməti” tərəfindən qəsəbəmizdə yenidənqurma, təmir, abadlıq işləri həyata keçirilir və qədim memarlıq abidələri təmir olunur. Qəsəbəmiz elə bil ikinci həyatını yaşayır.

Aparılan abadlıq, quruculuq, təmir işləri geniş vüsət aldığından, qəsəbəmizin siması dəyişdikcə sakinlərimizdə və qəsəbəyə gələn qonaqlarda gözəl əhvalı-ruhiyyə oyadır.

Bu inkişaf prosesində Mərdəkan bələdiyyəsi də öz potensial imkanları ilə iştirak edir, aparılan məqsədyönlü və ardıcıl sosial-iqtisadi inkişaf siyasətinə layiqli töhfələr verməyə çalışır.

Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizi azad etməklə, düşmən üzərində mühüm, parlaq tarixi Zəfər əldə etdi. illərlə həsrət qaldığımız Vətən torpaqlarında üçrəngli Azərbaycan bayrağının vüqarla dalğalandığını qürur hissi ilə müşahidə edirik.

30 illik erməni işğalından sonrakı dövr ərzində Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizin qəlbini fərəhləndirir.

Tarixi Zəfər sayəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını surətləndirir, həm də Azərbaycanın dünyaya əsl qurucu dövlət kimi tanıdır.

Dövlətimizin Başçısının iştirakı ilə şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq binaların təməli qoyulub. Bölgədə iqtisadi fəaliyyətin tezliklə bərpası diqqət mərkəzindədir.

işğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yenidən qurulması istiqamətində mühüm işlər görülür. Dövlət Başçımızın dediyi kimi, “döyüş meydançalarında əldə etdiyimiz tarixi Zəfər sülh və quruculuq qələbəsi ilə davam edir”.

2022-ci il Qarabağımızda aparılan möhtəşəm quruculuq, yenidənqurma ili kimi yadda qaldı. Zəngilan şəhərində beynəlxalq hava limanının açılışı da bu ilə təsadüf etdi.

il ərzində Mərdəkan bələdiyyəsinin 19 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. Bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı bələdiyyələrə iş Mərkəzi tərəfindən tövsiyələr hazırlanıb göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşları tərəfindən bələdiyyəmizdə seminar- müşavirə keçirilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 197 ərizə, təşkilatlardan isə, 216 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 254 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Mərdəkan bələdiyyəsinin yerli vergi ödəyicilərindən toplanan büdcə gəlirləri 2021-ci il ərzində 254831 manat təşkil etmişdir.

Qeyd edək ki, yenə də Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələri, metodiki köməklikləri, bələdiyyədə keçirilən seminarların nəticəsi olaraq, 2022-ci il ərzində isə büdcə gəlirləri 263004 manat təşkil etmişdir.            (2021-ci ildən Qalıq 34040 manat)

O cümlədən:

-        fiziki şəxslərdən torpaq vergisi – 50673 manat;

-        fiziki şəxslərdən əmlak vergisi – 178993 manat;

-        kurort və mehmanxana rüsumu- 8949 manat;

-        torpaq icarə haqqı- 849 manat;

-        “Mərasim evi” icarə haqqı – 1800 manat;

-        Dövlət büdcəsindən ayrılan Dotasiya- 18240 manat;

-        Digər gəlir - 3500 manat.

2022-ci il ərzində xərclər isə - 289158 manat təşkil etmişdir.

O cümlədən:

  •  Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 121210 manat;
  •  Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara- 21510 manat;
  • icbari Tibbi Sığortaya ayırmalar –2424 manat;
  • Maddi yardımlara 39344 manat;
  • Audit xidmətinə –1000 manat;
  • Abadlıq təmizlik işlərinə - 24000 manat;
  • Kommunal və rabitə xərclərinə (işıq, qaz,su, rabitə ) – 6750 manat
  • Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) – 1800 manat;
  • Bank xidmət haqqı –1052 manat;
  • Poçt xidmət haqqı – 511 manat;
  • ABiHi-na tutulmalar –2232 manat;
  • Ezamiyə xərcinə - 1748 manat;
  • “Azərbaycan Ordusunun Yardım Fonduna” tutulma – 1191 manat;
  • “Qala - Həyat” Sığorta şirkəti ASC nə– 186 manat;
  • “Softline Azərbaycan” MMC yə - Mərdəkan bələdiyyəsinin ərazisindəki vergi ödəyicilərinin vergi borclarını ödəmələri üçün, SMS sistemi üzərindən məlumatlandırılmasına – 295 manat;
  • Bələdiyyənin inzibati binası üçün yeni müasir tipli kompüter avadanlıqları və elektrik mallarının alınmasına – 9789 manat;
  • Dəftərxana ləvazimatlarının alınmasına – 1973 manat;
  • Jurnal və qəzetlərə abunə yazılışına - 668 manat;
  • Xüsusi qeydiyyatlı kitabların alınmasına – 180 manat;
  • Kompüter avadanlıqlarının təmiri və katrec dolumuna - 629 manat.

 

   əmək haqqı büdcə üzrə gəlirlərin 45,3 % ni təşkil etmişdir.

 

 

  • “20 Yanvar faciəsi”nin 32-ci ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərindən                  4 nəfərin hər birinə 100 manat məbləğində;
  • Qəsəbənin “Heydər əliyev” parkına gedən yolda və Sergey Yesenin küçəsi boyu cavan ağacların, dekorativ kolların, eyni zamanda parklarda, qurumuş ağaclar kəsildiyindən, onların yerinə yeni tinglərin, solmuş, qurumuş kolların yerinə isə, yeni dekorativ kolların əkilməsinə - 3000 manat;
  • “Xocalı faciə”sinin 30-cu ildönümü ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinin hər birinə 100 manat məbləğində maddi köməkliklər göstərilmişdir.
  • Yerli sosial müdafiə proqramına uyğun olaraq, “Novruz bayramı” ilə əlaqədar, qəsəbədəki şəhid ailələrinə, qazilərimizə, gözdən əlillərə, ahıl, tənha insanlara, I qrup, 20 Yanvar, Çernobıl əlillərinə, cəmi 146 nəfərə ərzaq sovqatı verilmiş və 2776 manat məbləğində pul vəsaiti xərclənmişdir.
  • Qəsəbənin Sergey Yesenin küçəsi 81 ünvanında yerləşən müasir üslubda tikilmiş Qala divarına “şuşa ili” ilə əlaqədar və “Dalğa-Arena” idman Mərkəzinə gedən yolun üstündə isə, “Azərbaycan Bayrağı” vinil lövhələrinin hazırlanıb vurulmasına – 800 manat;
  • Azərbaycan Respublikasında 2022-ci ilin “şuşa ili” elan edilməsi ilə bağlı, bələdiyyəmiz tərəfindən qəsəbədə yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdləri arasında “şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş və 1-ci, 2-ci, 3-cü yerləri tutan müsabiqə qaliblərinə Diplomlar təqdim edilmişdir.
  • “Heydər əliyev” parkı ilə paralel olan 181 nömrəli tam orta məktəbə gələn yolun üzərində, avtomobillərin sürət həddinin aşmaması və uşaqların məktəbə gediş-gəlişlərinin təhlükəsiz təmin edilməsi üçün, 3 yerdə 6 metr enində tramplinin qoyulmasına – 1450 manat;
  • Qəsəbədəki “Heydər Cümə” məscidinin saxlanılması üçün bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində hər ay 200 manat məbləğində vəsaitlə maddi köməklik göstərilmişdir.
  • “Ramazan bayramı” münasibətilə qəsəbədəki “Heydər Cümə” məscidində 130 nəfərlik, o cümlədən şəhid ailələri, qazilərimiz, müharibə iştirakçıları, ağsaqqallar üçün iftar süfrəsi açılmışdır. Bu məqsədlə bələdiyyə büdcəsindən 1000 manat məbləğində maliyyə vəsaiti xərclənmişdir.
  • “Mərdəkan” körpüsündən Sergey Yesenin küçəsi boyu, 1941-1945-ci illər “Xatirə parkı”nın ərazisində yeni tinglərin və xüsusən həmişəyaşıl kolların əkilməsinə – 2916 manat;
  • Müqəddəs “Qurban bayramı” münasibətilə, qəsəbədəki şəhid ailələrinə, qazilərimizə, gözdən əlillərə, ahıl insanlara, imkansız, aztəminatlı ailələrə qayğı və diqqətin göstərilməsi ilə bağlı, cəmi 130 nəfərə 2600 manat məbləğində ərzaq bağlaması ilə dəstək göstərilmişdir.
  • Məhərrəmlik ayı ilə əlaqədar, qəsəbədə yaşayan şəhid ailələrinə və ikinci Qarabağ müharibəsi qazilərinə ərzaq bağlamasının paylanması məqsədilə, 876 manat pul vəsaiti ayrılmışdır.
  • Qəsəbədə yerləşən “Heydər əliyev” parkının qarşısındakı meydanda ucaldılmış “Azərbaycan Bayrağı”nın dəyişdirilməsinə (Türk istehsalı 8 ədəd) – 1480 manat;
  • Yeni yol Buzovna-Mərdəkan-Qala avtomobil yolunun kənarlarında və qəsəbə ərazisində quru otların vaxtlı-vaxtında biçilməsi üçün 3 ədəd otbiçən aparatın və lazım olan hissələrinin alınmasına- 795 manat;
  • Qəsəbənin Sergey Yesenin küçəsində 1941-1945-ci illər müharibəsi iştirakçılarının “Xatirə park”ında qazon qatının və ağacların suvarılması üçün su nasosunun alınmasına – 500 manat;
  • Qəsəbənin Sergey Yesenin küçəsində yerləşən yaşıllıq ərazisindəki (Alleya) istirahət zolağında cari təmir işlərinin aparılması və yeni müasir işıqların quraşdırılmasına – 2500 manat;
  • Mərdəkan qəsəbəsinin adını əks etdirən və qəsəbənin Sergey Yesenin küçəsi 81 ünvanında yerləşən “Qoşa Qala” divarlarının işıqlandırılmasına – 1500 manat.
  • Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi təyyarəçi Zulkayday Zulkaydayevin adını daşıyan küçədə yağış sularının yığılmasını nəzərə alaraq, böyük bir anbarın qazılması və nasosla mərkəzi kanalizasiya xəttinə birləşdirilməsinə -7490 manat;
  • Azərbaycanın Xalq rəssamı əşrəf Hümbətovun Mərdəkan qəsəbəsinin qədim tarixi abidələrinin rəsmlərinin əks olunduğu albomun nəşr olunmasına- 1500 manat;
  • “1 Oktyabr –Ahıllar Günü” münasibətilə, Mərdəkan qəsəbəsinin 23 nəfər ahıl insanına evlərində ərzaq sovqatı paylanmışdır. Bu məqsədlə bələdiyyə büdcəsindən 698 manat məbləğində vəsait ayrılmışdır.
  • 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar, 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olaraq şəhadətə yüksələn Mərdəkan qəsəbəsinin üç şəhid övladının ailəsinə bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində, cəmi 1250 manat məbləğində vəsaitlə köməklik göstərilmişdir.
  • ikinci Qarabağ müharibəsində qazi olmuş 10 nəfər qəsəbə sakininin müalicələrinin davam etdirilməsi üçün 2900 manat pul vəsaiti ayrılmışdır.
  • Hacı Zeynalabdin Tağıyevin adına 123 nömrəli tam orta məktəbin həyətində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 6 məktəb məzununun xatirəsinin əbədiləşdirilməsi məqsədilə, “Abidə Kompleksi”n ucaldılması və fotolarının qara mərmərdə əks olunmasına- 6008 manat;
  • “şəhidlər parkı”nda 28 Qarabağ müharibəsi şəhidinin xatirəsinin əbədiləşdirilməsi üçün, adlarının qara mərmər lövhədə əks olunmasına -2000 manat;
  • Birinci Qarabağ müharibəsində şəhid olmuş qəsəbə sakinlərinin məzar başdaşıları köhnəldiyindən, keyfiyyətini itirdiyindən, qara mərmərlə əvəzlənməsi məqsədilə, 2022-ci ildə 5 şəhidimizin məzar başdaşısının dəyişdirilməsi üçün 9400 manat pul vəsaiti xərclənmişdir.
  • Mərdəkan qəsəbəsinin adları dəyişmiş küçələrə və digər küçələrdə, küçə adlarını əks etdirən lövhələrin olmaması və ya az sayda olması ilə əlaqədar küçə adları yazılmış lövhələrin sifarişi- 991 manat;
  • Mərdəkan bələdiyyəsinin yerli sosial müdafiə, sosial inkişaf proqramına uyğun olaraq “Gələcəyimiz üçün ağac əkək” ağacəkmə kampaniyası çərçivəsində Sergey Yesenin küçəsi boyu şam, Sərv, Zeytun, “1941-1945” “Xatirə parkı”nda şam, Sərv, “şəhidlər parkı”nda Zeytun, Sərv ağacları əkilmişdir. Ümumilikdə qəsəbə ərazisində 545 ədəd ağacın əkilməsinə 4000 manat pul vəsaiti ayrılmışdır.
  • “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni Təqvim ili”nin başlanması ilə əlaqədar, Sergey Yesenin küçəsi 81 ünvanında yerləşən müasir üslubda tikilmiş Qala divarına “Yeni il” lövhəsinin vurulması və rəqəmlərlə yazılmış “2023-cü il” göstəricisinin Sergey Yesenin küçəsində yerləşən parkda qoyulmasına- 596 manat;
  • Həmçinin qəsəbənin bu küçəsində yerləşən yeni parkda (S.Rüstəm adına Gimnaziyanın qarşısı) yolkanın qurulması, müasir formada bəzədilməsi, işıqlandırılması, parkda və yolun kənarında olan ağacların, yolkanın rəngbərəng işıqlarla işıqlandırılmasına -1600 manat;
  • Mərdəkan qəsəbəsi Qılman ilkin küçəsində illərlə boş qalmış 50 sota yaxın yaşıllıq zolağında sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə, salınacaq parkın ərazisində birinci mərhələdə bordurların yığılmasına - 6000 manat pul vəsaiti xərclənmişdir.

Parkın salınması davam etdirilir, yanvar ayının sonunda işlərin birinci mərhələsi başa çatdırılacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev Azərbaycan Respublikasında 2023-cü ili “Heydər əliyev ili” elan edilməsi ilə bağlı, 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır.

Biz də Mərdəkan bələdiyyəsi olaraq, Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, xalqımızın dahi xilaskarı Heydər əliyevlə əlaqədar, il boyu şagirdlərlə, gənclərlə müsabiqələr, görüşlər və bir sıra mədəni tədbirlər həyata keçirəcəyik.

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün gördüyümüz və görəcəyimiz işlərlə hər zaman çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha da artıracağıq.

Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı fəaliyyətimizdə də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab ilham əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq.  

 Mirbaba Hüseynov

 Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri                                

ŞƏRHLƏR