"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bizə səs vermiş seçicilərimizin etimadını hər zaman doğrultmağa çalışacağıq

--2023-03-13 / 05:43

(Badamdar bələdiyyəsinin 2022-ci il üzrə hesabatı)

Prezident, Müzəffər Ali Baş Komandan ilham əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik həsrətə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi, Azərbaycan xalqının dünayaya səs salan Zəfərinə, şəhidlərimizin qəhrəmanlıq və şücaətinə, qazilərmizin və müharibədə iştirak edən igid oğullarımızın torpaq və Vətən sevgisinə şahidlik etdi.

Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində Azərbaycan Respublikası dünya dövlətləri arasında böyük nüfuza malik olmuşdur. Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüşlərdə qəhrəmancasına vuruşan Badamdar qəsəbəsindən olan qazilər, həmçinin şəhidlərimizin ailələri daim diqqət mərkəzində saxlanılır. Badamdar bələdiyyəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər, aztəminatlı ailələr ziyarət olunur, imkan daxilində onlara maddi - mənəvi köməklik göstərilir. 

Prezident ilham əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bütün xalq ölkəmizin Prezidenti, Ali baş Komandan Cənab ilham əliyevin ətrafında bir yumruq kimi sıx birləşərək qələbəmizi əbədiyyətə qovuşdurdu.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə, hərtərəfli inkişafına yönəlmiş Heydər əliyev strategiyası Prezident ilham əliyev tərəfindən uğurla həyata keçirilir.

Azərbaycan     Respublikasının       Prezidenti, Ali Baş   Komandan   Cənab

ilham əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən 44 günlük müharibədə qazanılan Qələbə ölkəmizin bütün sahələrində olduğu kimi bələdiyyələrin fəaliyyətində də yüksəlişə səbəb olmuşdur.   

Biz fəxr edirik ki, Qəhrəmanlıqla dolu tariximizə adlarını qızıl hərflərlə yazdıran, sinələrini düşmən gülləsinə sipər edib döyüşdə şəhadətə ucalan igidlərimizin sırasında Səbail rayon gəncləri də var.

şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətlərinə əsasən onların problemlərinin həlli istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdir.

Ölkəmizin Prezidenti Ali Baş   Komandan   Cənab ilham əliyevin gücü, qüdrəti, şəhidlərimizin qəhrəmanlıq və şücaəti sayəsində Bayrağımız əbədi olaraq

işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Qarabağ döyüşlərində, vətən uğrunda canlarını qurban vermiş, şəhidlik zirvəsinə ucalmış şəhidlərin əziz xatirələrini əbədi ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur. Səbail rayon icra Hakimiyyətinin rəhbərliyi, rayonun görkəmli şəxsiyyətlərinin, Səbail rayon ictimaiyyətinin, Səbail rayonunun ziyalıları və ağsaqqaları, Badamdar bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə şəhidlərin məzarüstü abidələri mütəmadi olaraq ziyarət edilərək, şəhid ruhlarına hər bir zaman böyük ehtiram gostərilir.

2022-ci ildə ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli özünüidarəetmənin inkişafı məsələləri diqqət mərkəzində olmuş, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra yeni normativ hüquqi aktlar qəbul edilmişdir.

ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsi online vasitəsi ilə konfranslar təşkil edilmişdir.

2022-ci il ərzində Badamdar bələdiyyəsinin 26 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, rəy və təkliflər hazırlanmışdır. Bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı Bələdiyyələrə iş Mərkəzi tərəfindən tövsiyələr hazırlanıb göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşları tərəfindən bələdiyyəmizdə seminar- müşavirələr keçirilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 169 ərizə, təşkilatlardan isə, 144 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 205 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Badamdar bələdiyyəsində qanunvericilikdə müəyyən edilmiş qaydada yerli

       vergi ödəyicilərindən, büdcənin gəlirləri 2022-ci il üzrə - 362109.94 manat

       təşkil etmişdir. Bu da 2021-ci illə müqayisədə yerli büdcənin gəlirləri 29,15 %

       yüksək olmuşdur.

       Fiziki şəxslərdən əmlak vergisi üzrə   -     321302.97 manat

        Fiziki şəxslərdən torpaq vergisi üzrə     -     22852.34 manat

       Sanatoriya-kurort, mehmanxana üzrə 4602.10 manat          

       Bələdiyyənin mülkiyyətində olan əmlakın icarəyə verilməsi -2852.53 manat  

       Dövlət tərəfindən verilən dotasiya   10500 manat                          

         2022-ci il üzrə bələdiyyə üzrə xərclər aşagıdakı kimi olmuşdur.

2022-ci il ərzində xərclər isə-368582.68 manat təşkil etmişdir.

O cümlədən :

-Yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri (AQBMA üzvlük haqqı, bank xidmətləri, poçt xidməti, texniki avadanlıqların təmiri və saxlanılması, kommunal kommunikasiya xidmətlərinin ödənilməsi və digər xidmət haqlarının ödənilməsi) – 36580, 21 manat

-Bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 118.185,35 manat

-Bələdiyyə işçilərinin əmək haqlarından Dövlət Sosial Müdafiə Fonduna, icbari tibbi sığorta, silahlı qüvvələrə yardım fonduna, həmkarlar itifaqı komitəsinə köçürmələr – 39286, 12 manat

-Vətəndaşların müraciətlərinə əsasən 113 sakinə maddi yardım, Qurban Bayramı ilə əlaqədar 300 ailəyə qurban payları verilmişdir. şəhid ailələrinə və qazilərə ümumilikdə 84 ailəyə ərzaq payları verilmişdir. Ümumilikdə   29712 manat vəsait ayrılmışdır.

-2022-ci il ərzində Badamdar qəsəbəsində şəhidlərimiz ibrahimli Cavidan Nizami oğluna, Həsənov Atabala Hüseyn oğluna, Dementyev Aleksey Vasilyeviçə, Paşayev Nurəddin Məhəmmədəli oğluna, Ağayev iqor Oktay oğluna, Mirzəməmmədov Məmməd Məhbul oğluna, Nəcəfov Etibar Mehman oğluna, Teymurov Vüsal Zakir oğluna,Hüseynov Vasif Qadir oğluna, əhədzadə ilkin Qələmşah oğluna, Həsənov Vüsal Ariz oğluna, Səfərov Məmmədağa Balakişi oğluna, Məmmədov Cəmil Habil oğluna, ismayılov Orxan Zöhrab oğluna yaşadıqları evlərin qarşısında xatirə lövhələri, barelyeflər qoyulmuş və ətrafları abadlaşdırılmışdır. şəhid Səmədov Daşqın Tariyel oğlunun Badamdar qəbiristanlığında yerləşən məzarüstü abidəsi mərmər daşlar ilə yenilnərək təmir edilmiş, məzarın ətraf ərazisi abadlaşdırılmışdır. Badamdar qəsəbəsi 239 nömrəli tam orta məktəbin həyətində “şəhid Məzunlarımız” memorial kompleksi yaradılmışdır.II Qarabağ müharibəsi şəhidi Budaqov Yusif Ramiq oğlunun məzarüstü abidəsinə qranitdən hazırlanmış şəkil lövhəsi vurulmuşdur. şəhid Teymurov Vüsal Zakir oğlunun yaşadığı ünvanda həyətində səki daşları yenilənmişdir. Badamdar qəbiristanlığında şəhidlərin məzarüstü abidələrinin ətrafı 300,00 kv.m ərazinin asfalt örtüyü yenilənmişdir. Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsində I Qarabağ müharibəsi şəhidi Məmmədov Tofiq əbülfət oğlunun barelyefi təmir edilmiş və ətrafı abadlaşdırılmışdır. Badamdar qəsəbəsində II Qarabağ müharibəsi şəhidi mayor ilkin əhədzadə adına verilən küçədə şəhidin qranitdən hazırlanmış xatirə lövhəsi vurulmuşdur. II Qarabağ müharibəsi qazisi, II qrup əlil əmənov Rəşad əyyar oğluna, Badamdar qəsəbəsi S.Məmmədov küçəsində,yaşadığı evin dam örtüyünün təmir edilməsinə maddi köməklik göstərilmişdir. Ümumilikdə şəhidlərin barelyeflərinin qoyulmasına və abadlıq -təmir işlərinə 110433 manat vəsait ayrılmışdır.

-şəhid xatirələrinin yad edilməsi ilə əlaqədar tədbirlər 20, Yanvar Hüzn günü,           26 Fevral Xocalı Soyqırımı,27 Sentyabr şəhidlərin Anım Günü, 8 Noyabr Zəfər Günü, o cümlədən I və II Qarabağ müharibəsi şəhidlərinin adının əbədiləşdirilməsi ilə bağlı keçirilən tədbirlərdə, anım və doğum günlərində şəhidlərin ruhlarına tərəfimizdən hər zaman böyük ehtiram göstərilmişdir.Nizami Kino Mərkəzində vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş” BiZ” filminin nümayişi təşkil olunmuşdur. Ölkə rəhbərimiz Ali Baş Komandan Cənab Prezident ilham əliyev və ölkəmizin Birinci Xanımı Vitse Prezident Mehriban Xanım əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə hər zaman böyük diqqət və qayğı göstərilir. Ölkəmizin Birinci Vitse Prezidenti Mehriban Xanım əliyeva dünyada lider qadınlar sırasındadır. 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar şəhid analarına bayram hədiyyələri, gül dəstələri verilmişdir. Novruz Bayramı ilə əlaqədar Badamdar qəsəbəsi Heydər əliyev adına parkda bayram tədbiri keçirilmişdir.           26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar Badamdar qəsəbəsində yerləşən Hərbi Hissədə bayram tədbiri keçirilmişdir. Heydər əliyev Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Məhz dahi şəxsiyyət Heydər əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir ki, bu gün Azərbaycançılıq məfkurəsi böyük vüsət alır.12 Dekabr Ümummilli Lider Heydər əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda abidəsi və Badamdar qəsəbəsində     Heydər əliyev adına parkda abidəsi ziyarət edilmişdir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Heydər əliyev adına parkda tədbir keçirilmişdir. Bütün bu tədbirlərin keçirilməsinə 34385 manat vəsait ayrılmışdır.

Qarşıda duran əsas vəzifələrimizdən biri qəsəbə sakinlərinin güvən və etimadını doğrultmaq, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görmək, rifahının yüksəldilməsi naminə çalışmaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev Azərbaycan Respublikasında 2023-cü ili ”Heydər əliyev ili” elan edilməsi ilə bağlı, 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır.

2023-cü ilin “Heydər əliyev ili” elan edilməsi ilə bağlı, xilaskar liderin Azərbaycan xalqının gələcəyi naminə gördüyü əvəzsiz xidmətlərinin və Ümummilli lider Heydər əliyev irsinin şagirdlərə və gənc nəslə daha dərin mənimsənilməsi istiqamətində geniş miqyaslı tədbirilərin təşkilində yaxından iştirak etmək bizim əsas amalımızdır.

Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmağa çalışacayıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına diqqəti daha da artıracağıq.

Bundan sonrakı fəaliyyətimizdə ölkə Prezidenti Cənab ilham əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quraca və Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrini işlərimizdə rəhbər tutacağıq.

T.Q.Məmmədov

Səbail rayonu Badamdar bələdiyyənin sədri                                    

ŞƏRHLƏR