“Bu gün Astara rayonunda fəaliyyət göstərən bələdiyyələrin yalnız üçünün Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur”- bu fikirləri Astara bələdiyyəsinin sədri, rayon əlaqələndirmə şurasının sədri Aygül Məmmədova bildirib. Digər 12 bələdiyyənin DSMF-yə üst-üstə 50 min manatadək borcu vardır. Bu vəsaitin 20 mini Astara bələdiyyəsinin üzərinə düşür. Borc yarandığında görə, bank hesabları da “bağlanıb” və hər hansı formada əməliyyat etmək mümkün deyildir:
“Fikrimizcə, bu gün bələdiyyənin DSMF-yə və digər dövlət qurumlarına əvvəlki illərdə yaranmış borclara görə mövcud vəziyyətin müzakirəsinə ehtiyac var. Bank hesabları bağlı olduğuna görə, hər hansı formada nə rayonda aparılan işlərdə iştirak edə bilirik, nə də əməkhaqqını verə bilirik.
Təklif edərdik ki, əvvəlki illərdə yaranmış borcların ödənişi müvəqqəti dondurulsun. Bununla da bələdiyyələrə vəziyyətdən çıxmaq üçün şans verilməklə əvvəlki sədrlər tərəfindən atılmış məsuliyyətsiz addımların təkrarlanmasının qarşısı alınır."
Belediyye.info