Almaniya əməkdaşlıq Təşkilatının dəstəyi və təşəbbüs ilə (GIZ) Gürcüstan Respublikasının Borjomi şəhərində “Yerli siyasətdə qadınların dəstəklənməsi” mövzusunda keçirilən ikigünlük seminar başa çatıb. Tədbir iştirakçılarından aldığımız məlumata görə, dayaq mentorluq proqramı çərçivəsində təşkil edilən tədbirə hər üç Qafqaz ölkəsinin bəyədiyə üzv və sədirləri iştirak ediblər.
Hər ölkədən 10 nəfər iştirakçı olan seminarda qadın liderliyi ilə baglı müzakirələr aparılıb. “Qadın lider tərzi ilə kişi lider tərzi arasında fərqlər varmı” mövzusu geniş müzakirə olunub.
Tədbiri Almaniyadan gələn ekspert idarə etdiyi bildirilir. Bununla yanaşı növbəti illər üçün iştirakçılar gözləniltilərini hazırlayıb təqdimat keçiriblər.
işgüzar görüş çox interaktiv geçib və sonda qiymətləndirmə olub, habelə iştirakçılar öz təcrübələrindən paylaşıblar.
Qeyd edək ki, Azərbaycanı rəsmi olaraq Ailə Qadın və Uşaq prblemləri Dövlət Komitəsinin nümayəndəsi təmsil edib.
Tədbirdə layihənin Azərbaycan üzrə əlaqələndiricisi Fidan Qasımova da iştirak edib.
Xəbər verdiyimiz kimi, Azərbaycanı tədbirdə Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, ərçivan bələdiyyəsinin sədri iradə Rzayeva, Tərtər bələdiyyəsinin sədr müavini Mərziyyə Qəndilova, Qax bələdiyyəsinin sədr müavini Günel Məmmədova, Bakı şəhər Ramana bələdiyyəsinin sədri intizar Rzayeva, Balaxını bələdiyyəsinin sədri Vüsalə Səlimova, Corat bələdiyyəsinin sədr müavini Qəmər Hüseynova və QHT sektorundan Ruhəngiz Hüseynova, dövlət qurumundan isə Xumar ilqar qızı təmsil edib.
Belediyye.info