"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarının təyinatı dəyişdiriləcək

--2016-07-14 / 16:00

Azərbaycanda boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarının təyinatı dəyişdiriləcək.

Qafqazinfo”nun məlumatına görə, bu, Azərbaycan prezidenti ilham əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft şirkəti, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 2016-2020-ci illərdə torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsi məqsədi ilə istismarçı təşkilatların təsərrüfat məqsədləri üçün istifadələrində saxlanılması zəruri hesab olunmayan və rekultivasiya tələb edən boşalmış xüsusi neft-qazçıxarma zonalarının torpaqlarında inventarlaşdırma işləri aparılaraq müvafiq təkliflərin hazırlanmasını həyata keçirməlidirlər

http://www.qafqazinfo.az/iqtisadiyyat-4/bosalmis-xususi-neft-qazcixarma-zonalarinin-torpaqlarinin-teyinati-deyisdirilecek-153775

ŞƏRHLƏR