Bosniya Və Herseqovinada 2 Oktyabr 2016 tarixində keçirilən yerli seçkilərin rəsmi nəticələri açıqlanıb. Bu barədə məlumatı Türk Dünyası Bələdiyyələr Birliyi yayıb. Məlumatda bildirir ki, Bosniya Və Herseqovinadakı qeydiyyatda olan 3 milyon 263 min 906 seçicidən 1 milyon 723 min 140 seçici, daxildə və xaricdə yaradılan 5 min 469 məntəqədə yeni bələdiyyə sədrləri və məclis üzvlərini müəyyənləşdirmək üçün səsvemədə iştirak edib.
iştirak nisbəti 53,88% olan seçkilərdə, yerli hakimiyyətlər üçün 171 müstəqil namizəd ilə ölkədə fəaliyyət göstərən 102 partiya və 103 siyasi koalisiyadan namizədlər olmaq üzrə cəmdə təxminən 30 min 500 namizəd mübarizə aparıb.
Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq olunan nəticələrə görə, Bosniya və Herseqovina Federasiyası və Bosniya Serbiya Respublikasında cəmi 135 bələdiyyə sədri və məclis üzvü müəyyənləşdirilib. Ölkənin iki böyük Boşnak partiyası olan Demokratik Hərəkat Partiyası (SDA) ilə Daha Yaxşı Gələcək üçün əməkdaşlıq koalisiyası, ölkə daxilində 32 bələdiyyə, Serbiya Müstəqil Sosial Demokratlar Birliyi 31 bələdiyyə qazanarkən, Xorvat Demokratik ittifaqı (HDZ) 16 bələdiyyə qazanıb.
TDBB idarə Heyətinin üzvü ək Efendiç yenidən Novı Grad Bələdiyyə Sədri seçilərkən ölkənin bəzi bələdiyyələrində dəyişikliklər olub. Bihaç Bələdiyyə Sədri Suhret Fazlic, Vukosavlye Bələdiyyə Sədri Borislav Rakic, Zivinice Bələdiyyə Sədri Samir Kamenjakovic, Zenica Bələdiyyə Sədri Fuad Kasumovic və Doboj Jug Bələdiyyə Sədri Mirnes Tukic yeni seçilən bələdiyyə başçıları seçiliblər.
Yeni seçilən Bələdiyyə Başçıları isə belə: Doboj Bələdiyyə Sədri Obren Petrovic, Doboj-Istok Bələdiyyə Sədri Kamal Bratic, Fojnica Bələdiyyə Sədri Sabahudin Klisura, Gorazde Bələdiyyə Sədri Muhamed Ramovic, Ilijas Bələdiyyə Sədri Akif Fazlic, Konjic Bələdiyyə Sədri əmir Bubalo, Olovo Bələdiyyə Sədri Demal Memegic, Pale FBiH Bələdiyyə Sədri Asim Zec, Ilidza Bələdiyyə Sədri Senaid Memic, Starı Grad Bələdiyyə Başqanı ibrahim. Hadzibajric, Travnik Bələdiyyə Sədri Admir Hadziemric və Visoko Bələdiyyə Sədri Amra Babic seçilib.
Srebrenitsada ki, seçki Serb bələdiyyə namizədi Mladen Grujicic, Boşnak namizəd Durakovici 773 səs fərqlə keçərək seçkini qazanıb.
Stolac şəhərində keçirilən seçkidə seçki qanununa zidd aparılan əməliyyatlardan və seçki sonrasında çıxan davadan dolayı ləğv edilib. Seçkilərin ləğvinin edilməsi vəziyyətində 14 gün ərzində Stolac şəhəri üçün yeni seçkilərin tarixi müəyyən olunacaq.
Bosniya Və Herseqovinada 1992-1995-ci illərdə baş verən müharibənin ardından altı bələdiyyəyə bölünən və bu şəkildə idarə olunan Mostar pərakəndəliyi sona çatdırmaq kimi dövrün Bosniya Və Herseqovina Ali Nümayəndəsi Paddy Ashdown tərəfindən 2004-ci ildə təşkil olunan 55 maddəlik Mostar Statusu ilə Mostar tək bələdiyyə halına gətirilmiş, icranın başçısı bələdiyyə sədri, qanunvericilik orqanı isə şəhər şurası olaraq müəyyənləşdirilib.
Statusla bağlı bu problem üzündən 2008-ci ildən bu yana şəhərdə yerli seçki keçirilməmişdir. Baş verən münaqişələr səbəbilə Mostar bu il də seçki keçirilmədi.
Belediyye.info