"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bosniya və Herseqovina pedaqoqlardan ibarət nümayəndə heyəti üçün istanbul proqramı yekunlaşıb

--2016-11-07 / 16:44

 Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), Yunus əmrə institutu və Bosniya və Herseqovina istanbul Baş Konsulluğu əməkdaşlığı sayəsində  Bosniya və Herseqovinadan gəlmiş pedaqoji heyət üçün 23-28 Oktyabr 2016-ci il tarixlərində istanbulda  təşkil edilən proqram yekunlaşıb. Bu barədə  məlumatı Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) yayıb.

Məlumatda bildirlir ki, TDBB üzv  Bosniya Və Herseqovina Zivinice Bələdiyyəsində olan Gracanica Orta Məktəbi müəllim və tələbələrindən ibarət 42 nəfərlik nümayəndə heyəti, Fatih rayonundakı qardaş məktəbləri olan Sancaq Daşıyan Orta Məktəbini ziyarət edib. Beş gün davam edən tədbirdə nümayəndə heyəti istanbulun təhsil müəssisələri və mədəni məkanları yanında ayrıca Fatih icra Hakimiyyətini, Bosniya və Herseqovina istanbul Konsulluğunu və TDBB-də  ziyarət edib.

TDBB Ümumi Mərkəzində 26 Oktyabr 2016 Çərşənbə günü Baş Katib Fəxri Solakla  görüşən heyət quruculuq proqramın özləri üçün çox əhəmiyyətli və faydalı keçdiyini dilə gətirib.  Səfərə, Bosniya və Herseqovina istanbul Baş  konsulu  ə. Muhiç, Z ivinice Radio Televiziya Direktoru Meliha Alicic, Gracanica Orta Məktəb Direktoru Medisa Muhiç iştirak edib.

 Gracanica orta  məktəbin direktoru Medisa Muhiç, çox faydalı bir proqram olduğunu bildirərək, "Tələbələr çox xoşbəxt oldu. Qardaş məktəbimizin direktoru və əməkdaşları da bizə böyük qonaqpərvərlik göstərdi. TDBB –dən dəstək al bu proqramı keçir. Nə vaxt bir dəstəyə ehtiyacımız olsa ağlımıza TDBB gəlir. Zivinice Bələdiyyəsinin TDBB üzvü olduğunu bildiyimizə görə bələdiyyə ilə əlaqəyə keçərək TDBB –nın bizə yardımçı olmasını xahiş etdik. TDBB kimi siz də bu tələbimizi dərhal qarşıladınız və bizə yardımçı oldunuz. Buna görə sizlərə təşəkkür edirik" dedi.

Bələdiyyələr Birliyi olmaqla yanaşı mədəni və təhsillə bağlı işləri də dəstəklədiklərini bildirən TDBB Baş Katibi Fəxri Solak "Bu cür fəaliyyətlərə dəstək olmaq onsuz da birliyin təşkilat məqsədləri sırasındadır. Bosniya Və Herseqovinanın istanbul Baş Konsulluğu ilə əməkdaşlıq etməkdən şadıq. Adətən qardaş şəhərlər arasında əlaqələrin inkişaf etdirilməsi üçün aparılan bu cür fəaliyyətlərin, bu dəfə qardaş məktəblər arasında aparılmasından da ayrıca məmnun olduq. TDBB olaraq hər zaman bu cür proqramlar üçün əməkdaşlığa hazırıq. Gəldiyinizə görə biz sizə təşəkkür edirik" ifadələrini istifadə etdi.

Belediyye.info

 

ŞƏRHLƏR