"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bosniyalı qonaqlar Binəqədidə olub

--2018-08-01 / 06:56

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə başlanılan proqram çərçivəsində Bosniya və Herseqovina nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Binəqədi rayon bələdiyyələrinin təmsilçiləri ilə görüş keçirilib.

Biləcəri bələdiyyəsində keçiriliən görüşdə ikitərəfli əlaqələrin inkiaşf etdirilməsi, təcrübə mübadiləsi istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Binəqədi rayonunda aparılan quruculuq işlərində, rayon bələdiyyələrinin həyata keçirdiyi layihələrdən danışaraq iki ölkə bələdiyyələrinin əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edib.
Qeyd edək ki, nümayəndə heyətinə Bosniya və Herseqovinanın Novi Qrad Sarayeva Bələdiyyəsinin sədri Semir Efendic, Olovo Bələdiyyəsinin sədri Demal Memagic və bir qrup iş adamı daxildir.

Nümayəndə heyəti bundan əvvəl görüşdə Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasında görüş keçirib.

Görüşdə Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Fəxri Solakda iştirak edib.

Belediyye.info

 

ŞƏRHLƏR