Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə başlanılan proqram çərçivəsində Bosniya və Herseqovina nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində sonuncu görüşü Səbail bələdiyyəsində olub.
Bu barədə Belediyye.infoya məlumatı Səbail bələdiyyəsinin sədr müavini Mehriban Paşayeva verib
Səbail bələdiyyəsinin inzibati binasında keçiriliən görüşdə bələdiyyə sədri Firdövsi Cəbrayıov, sədr müavini Mehriban Paşayeva və üzvləri iştirak etmiş və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə Səbail bələdiyyəsinin sədri F.Cəbrayılov rayonda aparılan quruculuq işlərindən, rayon bələdiyyəsinin həyata keçirdiyi layihələrdən danışaraq iki ölkə bələdiyyələrinin əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını dilə gətirib və sonra bələdiyyə rayonda gedən abadlıq-quruculuq işləri, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şərait barədə qonaqlara məlumat verib.
Qeyd edək ki, nümayəndə heyətinə Bosniya və Herseqovinanın Novi Qrad Sarayeva Bələdiyyəsinin sədri Semir Efendic, Olovo Bələdiyyəsinin sədri Demal Memagic və bir qrup iş adamı daxildir.
Nümayəndə heyəti bundan əvvəl görüşdə Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasında, Binəqədi və Sumqayıt bələdiyyələrində görüş keçirib.
Görüşdə Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Fəxri Solakda iştirak edib.
Sonda Səbail bələdiyyəsi adından qonaqlara hədiyyələr təqdim edilərək xatirə şəkili çəkilmişdir.
Sonra qonaqlar Səbail bələdiyyəsinin sədr müavini M.Paşayevanın müşayiəti ilə Xalça muzeyini ziyarət ediblər və işərişəhərlə tanış olublar
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|