Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə başlanılan proqram çərçivəsində Bosniya və Herseqovinanın nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində bu gün Sumqayıt Bələdiyyəsində olublar.
Sumqayıt Bələdiyyəsində keçiriliən görüşdə bələdiyyələr arası əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə Sumqayıt Bələdiyyəsinin sədri Sultan əsədov son illər şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, bələdiyyənin həyata keçirdiyi layihələrdən danışıb. Bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsini zəruri hesab edən sədr bələdiyyənin yeni layihələrinə də toxunub.
Nümayəndə heyətinə Bosniya və Herseqovinanın Novi Qrad Sarayeva Bələdiyyəsinin sədri Semir Efendic, Olovo Bələdiyyəsinin sədri Demal Memagic və bir qrup iş adamı daxildir.
Görüşdə Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Fəxri Solak iştirak edib.
Belediyye.info