"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BöYüK AZəRBAYCANLI: Bələdiyyə üzvü Aysel əlizadə yazır

--2017-05-08 / 11:26

Yeni Azərbaycan Partiyasının gənc üzvü kimi məsuliyyətimi dərindən dərk edərək Ümummilli liderimiz Heydər əliyevin ruhu qarşısında borclu olduğumu yəqinliklə düşünərək fikrimi bildirirəm. Qürurluyam, fəxr edirəm ki, Ulu öndərin yaratdığı, qurduğu, təşkilatlandırdığı partiyanın üzvüyəm. Bütün Azərbaycan gəncləri kimi mənim üçün də söz demək, fikir söyləmək vətəndaş cəmiyyətinin formalaşmasının iştirak imkanı yaradılıb. Siyasi proseslərdə iştirakı üçün geniş prespektivlər açılıb.

Bütün bunlar beynəlxalq miqyasda ölkəmizi söz sahibi edən Ümummilli liderimiz Heydər əliyevin gəncliyə bütövlükdə göstərdiyi qayğının milli səadətimizi təmin edən yüksək nəticələridir.

 Bu gün biz əsrlərə bərabər dəyərləri ölkəmizə gətirmiş Ümummilli liderimiz Heydər əliyevin Azərbaycan dünyasına bəxş olunduğunun 94 illiyini bayram səviyyəsində qeyd edirik. Azərbaycançılıq idealogiyası ətrafında səfərbər, Respublikamızı inkişaf etmiş dünya ölkələri sırasına çıxaran, xilaskar missiyasını dəyanətlə qəhrəmanlıq səviyyəsində yerinə yetirən Ulu Öndər ruhuna dərin hörmətimi, ehtiramımı izhar edirəm.

Azərbaycanı dünya miqyasında tanıdan, özü də onunla birgə tanınan Heydər əliyevin xalq üçün, Vətən naminə, milli-mənəvi dəyərləri qorumaq və zənginləşdirmək üçün etdiklərini saya hesaba gətirmək mümkünsüzdür.

Oradan bir xətti bu günki və gələcək xoşbəxt həyatımızın təminatı olan istiqaməti ayırmaq istərdim. Ulu Öndərimizin özündən sonrakı Azərbaycanın idarə olunmasını da düşünürmüş. Ona görə də ailə akademiyasında möhtərəm Cənab ilham əliyevi prezident kimi yetişdirmiş, haqqın dərgahına qovuşmaq ərəfəsində xalqımızın taleyini özü qədər inandığı davamçısına tapşırmışdır. Biz qəlbən sevinirik. Azərbaycan vətəndaşı olmaqdan qürur duyuruq. Ümummilli liderimizin qurub yaratdığı, inkişaf etdirdiyi, hər tərəfli qüdrətli etdiyi və Cənab Prezidentimiz ilham əliyevə etibar etdiyi, bu günü və xoşbəxt sabahı olan daha firavan bir ölkədə yaşayırıq.

Qəlbən, ruhən,siyasəti, ideyaları, inamı və imanı ilə böyük Azərbaycanlı və Azərbaycançı olan Heydər əliyevin yolunu yaradıcılıqla qlobal təfəkkürə əsaslanaraq davam etdirən, Prezidentimiz Cənab ilham əliyev Azərbaycan gəncliyini ölkə həyatının bütün istiqamətlərində inkişafı üçün səfərbər vəziyyətinə gətirib. Bu səfərbərlik yeni iş yerləri açmaqla, qeyri-neft sektorunu, təhsili, mədəniyyəti,iqtisadiyyatı inkişaf etdirməklə yaradılıb.

Biz gənclər bunları yaxşı görür və bu prosesdə öz seçimimizdə dəqiq müəyyənləşdiririk.

Ulu Öndərimizin anadan olmasının 94-cü ildönümünü Prezidentimizin, dövlətimizin, xalqımızın varlığına Heydər əliyev ideyalarının yaşamasına çox sevinirik.

Ulu Öndərin ruhu qarşısında hər zaman baş əyirəm.

Ruhu şad olsun!

Aysel əlizadə

Binəqədi rayonu Binəqədi bələdiyyəsinin üzvü

 

ŞƏRHLƏR