"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Böyük strateq

--2017-04-05 / 01:48

Ümummilli Lider Heydər əliyev Azərbaycan dövlətinin tarixində və Azərbaycan xalqının yaddaşında əbədi izlər qoymuşdur. Müasir Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, respublikamızda demokratik, hüquqi dövlət quruculuğunin başlıca problemlərinin  həlli onun adı ilə bağlıdır. Heydər əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əsasını qoyduğu institutlardan biri də bələdiyyələrdir.

Azərbaycanda bələdiyyə institutunun formalaşdırılması məsələsi ilk dəfə  Heydər əliyevin rəhbərliyiilə işlənib hazırlanmış və 12 noyabr 1995-ciiltarixdəümumxalqsəsverməsiyoluiləqəbulolunmuşAzərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Onun rəhbərliyi dövründə bu istiqamətdə 20-dən çox qanun qəbul olunmuş, 300-ə qədər qanunda dəyişikliklər edilmiş, onlarla fərman və sərəncam imzalanmışdır. O cümlədən, ədliyyə Nazirliyi nəzdində Bələdiyyələlər iş mərkəzi ulu öndərin müvafiq sərəncamı ilə 2000-ci ildə yaranmışdır.

Məlumdur ki, demokratik ölkələrdə yerli işlərin idarə olunması həm mərkəzi hakimiyyətin yerlərdə təyin etdiyi orqanlar və vəzifəli şəxslər tərəfindən, həm də bilavasitə inzibati-ərazi vahidlərinin əhalisinin seçdiyi nümayəndəli orqanlar tərəfindən həyata keçirilə bilər. Belə nümayəndəli orqanlari adətən yerli özünüidarəetmə orqanları və ya bələdiyyələr adlandırırlar.

Heydər əliyev Azərbaycanda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində bələdiyyələrin yeri və rolu, əhəmiyyəti və inkişaf perspektivləri haqqında çox maraqlı fikirlər söyləmişdir.

Məlumdur ki, Konstitusiyalı quruluşun əsaslarından biri kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılması demokratik, hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir.Heydər əliyev Azərbaycanda bələdiyyələrin yaradılmasını ilk növbədə dövlət quruculuğu prosesinin tərkib hissəsi, konstitusityalı quruluşun əsaslarından biri hesab edirdi. Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik idarəetmə sistemini müəyyənləşdirir. Heydər əliyev   qeyd edirdi ki, Bələdiyyələrin yaranması barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilkKonstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir”.

Heydər əliyev hesab edirdi ki, Azərbaycanda bələdiyyələrin formalaşması və inkişafı məsələlərinə dövlət quruculuğu prosesindən kənarda baxıla bilməz. Bələdiyyə institutu dövlətçiliklə üzvi şəkildə bağlıdır və buna görə də onun formalaşması dövlət quruculuğu prosesi ilə sıx əlaqələndirilməli və onun inkişafı məsələlərinə ümumi dövlət quruculuğu prosesinin bir hissəsi kimi baxılmalıdır. Eyni zamada Heydər əliyev bu institutun beynəlxalq standrtlara, “Yerli özüidarəntmə haqqanda Avropa Xartiysının” prinsiplərinə uyğun qurulmasına çalışırdı.  O, Azərbaycanda yerli özünidarəetmə sisteminin yaradılması sahəsində görülən işlərlə bağlı qeyd edirdi ki,biz bunların hamısını şüurlu edirik. Çünki biz ...öz işimizi Avropa standartlarına yaxınlaşdırmaq istəyiriık, hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Bu yol nə qədər çətin olsa da, bizim üçün o qədər də vacibdir, lazımdır”. Bu bizim Azərbaycanda apardıgımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaq və biz irəliyə doğru böyük bir addım atmış olacağıq. Gələcək üçün isə cox böyük zəmin yaradacagıq”.

Heydər əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. O, qeyd edirdi ki, bu, bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Çünki vətəndaşlar ilkdəfə olaraq özləri öz yerli idarəetmə, hakimiyyət orqanlarını seçirlər”.

Heydər əliyev Azərbaycanda bələdiyyələrin yaradılması prosesinə ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm bir addımı, bələdiyyələrə isə ən geniş demokratiya institutu kimi baxırdı. O, Azərbaycanda yerliözünüidarəetməsistemininyaradılmasınınəhəmiyyəti və bununyerliməsələlərinhəllinindemok­ratikprinsipiolmasını dəfələrlə vurğulayırdı. Məsələn, 12 dekabr 1999-cu iltarixdəbələdiyyəseçkiləriiləəlaqədarxalqamüraciətində deyirdi: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

Yerli özünüidarəetməyə ən geniş demokratiya institutu kimi baxan Heydər əliyev bələdiyyə seçkilərinin şəffaf, demokratik keçirilməsini arzulayır, icra hakimiyyəti orqanlarından bünün üçün hər cür şəraitin yaradılmasını tələb edirdi. O, ilk bələdiyyə seçkiləri ilə əlaqədar qeyd edirdi ki, “bələdiyyə seçkiləri digər seçkilərdən fərqlənir. On görə ki, bu daha da ktləvi təşkilatları yaraması üçün kçirilən seçkilərdir”.“Azərbaycanda hər bir seçki prosesi insanları, vətəndaşlarıdemokratiya prinsiplərinə daha da yaxınlaşdırmalıdır. Yəni demokratiya prinşipləri insanların daxili mənəviyyatı olmalıdır. Onlann üzərində bir vəzifə kimi yox, onlara bir tapşırıq kimi yox, insanların özlərinin daxili mənəyiyyatının tərkib hissəsi olmalıdır. Belə olan şəraitdə biz gələcəkdə də Azərbaycanda demokratiyanı sürətlə inkişaf etdirə bilərik”.

Heydər əliyev Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması və inkişaf etdirilməsini ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd edirdi. Bələdiyyələr dövlət orqanları sisteminə daxil olmayan təskilatlardır, bunlar heç kəsətabe deyillər. Hərəsi öz isini müəyyən edir, onların hec bir tabeçiliyi yoxdur...Bu, təbiidir ki,bir tərəfdən bunlara çox böyük imkanlar, səlahiyyətlər verir. Amma ikinci tərəfdən də bunların məsuliyyətini artırır...Belə bir vəziyyətdə, təbiidir ki, bələdiyyələr ilkdövrdə, ola bilər, öz işlərində çox çətinliklərlə rastlaşsınlar”.

Heydər əliyev qeyd edirdi ki, Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması «bizim üçün, dövlət, hökumət üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki indi bütün yük icra orqanlarının üzərindədir, hökumətin, dövlətin üzərindədir”. Biz hüquqi dövlət qurmalıyıq və bu dövlət xalqa xidmət etməlidir. “Yaxşı hökumət o hökumətdir ki, o insanları xoşbəxt etmək istəyir, bunu hansı yolla həyata keçirəcəyini bilir”. Bundan sonra bələdiyyələr “hökumətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər”.

Heydər əliyev qeyd edirdi ki, “Yerli özüenüidarəetmə sisteminin yaradılması çox çətin prosesdir. inkişaf etmiş ölkələr bu işlə illərlə, on illərlə məşğul olmuşdur, Azərbaycan üçün isə yenidir. Amma bu o demək deyil ki,biz bunu etməməliyik.

Heydər əliyev ilk bələdiyyələrin müəyyən cətinliklərlə qarşılaşa biləcəyini də əvvəlcədən görürdü və qeyd edirdi ki,: “gərək insanların, psixologiyası artıq dəyişilsin. insanların psixologiyası bir gündə dəyişilmir. Onlara anlatmaq, onları başa salmaq lazımdır. Bunu etmək üçün dövlət işində işləyən adamların özlərinin psixologiyası gərək dəyişsin.” 

Heydər əliyevin Azərbaycanda yaradılan bələdiyyələrin gələcəyinə inanır və qeyd edirdi ki, Bu, ilkaddımdır, çox lazımlı addımdır. Mən çox məmnunam ki,biz bu addımı atırıq. Ümidvaram ki,bu, bizim ölkəmizə, dövlətimizə və ən əsası - vətəndaşlarımıza fayda gətirəcəkdir”. Mən əminəm ki,biz bu ilkaddımlarımızı sonralar daha da gücləndirəcəyik və Azərbaycanda bələdiyyə sistemi yaranacaq, fəaliyyət göstərəcəkdir, bir demokratik ölkə kimi Azərbaycanın inkişafına öz xidmətlərini verəcəkdir”.

Çətinliklərdən birinin də bələdiyyələrin kadr təminatı ilə bağlı olduğunu qeyd edən Heydər əliyev bələdiyyə üzvlərinin təhsil almasının əhəmiyyətini xüsusi ilə qeyd edirdi.O deyirdi ki, Görünür, bunun üçün xüsusi bir proqram təşkil olunmalıdır. Biz onları həqiqətən təhsilləndirməliyik”.

Heydər əliyev Azərbaycanda yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin yaradılması və inkişafı ilə bağlı görülən işləri və həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, daim diqqət mərkəzində saxlayırdı. Bununla əlaqədar o bələdiyyələrə təkrar seçkilərlə bağlı müşavirədə qeyd edirdi ki, “Biz bu işləri müşahidəçilərdən yaxşı qiymət almaq üçün etmirik. Bu, bizim özümüzün prinsiplərimizdir. Bu, Azərbaycan prezidenti kimi mənim prinsiplərinmdir”.

Heydər əliyevir bəyan etdiyi bu prinsiplər əsasında formalaşdırılan yerli özünüidarəetmə sistemi bu gün respublikamızda işlək qurumlara çevrilməkdədir. Yerli özünüidarəetmə sahəsindəki Heydər əliyev prinsipləri bu gün möhtərəm Prezidentimiz ilham əliyev tərəfindən uğurla həyata keçirilir və yaradıcılıqla inkişaf etdirilir. Demokratikprinsiplərin, humanistdəyərlərinvə insanhüquqlarının önə çəkildiyimüasirzamandabələdiyyələrin fəaliyyətinin, onların dövlət orqanları ilə qarşılıqlı münasibətlərinin və əməkdaşlığının səmərəli təşkili ölkənindövlətvə ictimaihəyatındamühümrol oynayır.

Söylənilənlər bir daha sübut edir ki, Ulu Öndərimiz, Türk Dünyasının ortaq atası Heydər əliyev demokratik cəmiyyət quruculuğu prosesinə böyük önəm vermiş və gələcəkdə müstəqil Azərbaycan dövlətinin tam demokratik dövlət kimi görmək və onun yaratdığı demokratiyanın nümunəvi olmasını istəyirdi. Bu mənada O, demokratik cəmiyyəti formalaşdıran mexanizmlərə və institutlara,  onların yaranmasına və inkişafına geniş yol açır, hüquqi əsaslarını yaradırdı. Həmçinin, bu institutların fərqli effektli üstünlüklərini öz müdrik kəlamları ilə qeyd edirdi. Onun söylədiyi bu müdrik kəlamlar bu gün cəmiyyətimizdə özünü bir daha doğruldur və təsdiq edir.

Bu gün respublikamızda yerli özünüidarəetmə sahəsində Heydər əliyev ideyalarının tamamilə reallaşdırılmasına yönəlmiş dövlət siyasəti son nəticədə əhalinin, bələdiyyələrin və dövlət hakimiyyətinin qarşılıqlı münasibətlərinin nizamlı sisteminin yaradılmasına yənəlmişdir. Bu sistemin səmərəli fəaliyyəti hər bir bələdiyyənin ərazisində əhalinin həyat şəraitinin daha da  yaxşılaşdırılmasına, bələdiyyə qurumlarının müstəqil inkişafına, dövlətin möhkəmlənməsinə və dayanıqlı inkişafını təmin etməyə imkan verir və verəcəkdir.

                                                                                                                                 Mehdi Səlimzadə

Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi

Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri

 P.S. Məqalə sayta  2016-cı ilin aprelində yerləşdirilib. 

P.S.S. Hazırda məqalə müəllifi Mehdi Səlimzadə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli Sərəncamı ilə Göyçay Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

ŞƏRHLƏR