sorğu
Sabunçu rayonu Pirşağı bələdiyyəsində sədr dəyişikliyi baş verib.
Sədr şakir Quliyev səhhətiylə əlaqədar vəzifəsindən istefa verib.
Bununla bağlı keçirilən iclasda bələdiyyənin sədr müavini Rəhimova əfsanə Etibar qızı Pirşağı bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
Qeyd edək ki, ə. Rəhimova 02 mart 1996-cı ildə Sabunçu rayonu Pirşağı qəsəbəsində anadan olub. Azərbaycan Memarlıq və inşaat Unversitetinin bakalavr və mağistr təhsili alıb.
YAP üzvü olan ə. Rəhimova ingilis, rus, türk dillərini sərbəst bilir.
2019-cu ildən bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, 2020-ci ilin yanvarın 17-də keçirilən ilk bələdiyyə iclasında sədr müavini seçilib.
Belediyye.info