"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu bələdiyyənin büdcə gəliri 170 min manata çatıb

--2023-02-03 / 05:03

Xudat bələdiyyəsinin 2022-ci ildə büdcə gəlirləri 169.372 manat olmuşdur. Bu əsasən, fiziki şəxslərdən torpaq vergisi üzrə 8.908 manat, fiziki şəxslərdən əmlak vergisi üzrə 21.163 manat, icarə haqqı üzrə 6.300 manat, bələdiyyə əmlakının və torpaqlarının özgəninkiləşdirilməsindən gəlirlər üzrə 119.100 manat, digər xidmətlərə görə ödəniş üzrə 10.401 manat olub. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Ötən il Xudat bələdiyyəsinə dövlət tərəfindən 3.500 manat dotasiya ayrılıb. 2022-ci ildə yerli büdcənin xərclər hissəsinin icrası 163618 manat təşkil etmişdir.

2022-ci il ərzində büdcəyə daxil olmuş vəsait ümümulikdə kommunal təsərrüfat xərclərinə, sosial müdafiə, sosial təminat xərclərinə, yerli özünüidarəetmə qurumlarının saxlanılmasına, təhsil, mədəniyyət və bədən tərbiyəsi xərclərinə istifadə olunmuşdur.

Belediyye.info

 

ŞƏRHLƏR