Bu gün Gəncə şəhəri Nizami bələdiyyəsinin növbəti iclası onlayn - video-konfrans şəklində həyata keçirilib.
iclasda, gündəlikdə olan cari məsələlər ətrafında Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov çıxış edərək birinci rüb ərzində görülən işlər barəsində bələdiyyə üzvlərinə ətraflı məlumat verib. Koronavirusla mübarizədə aparılan işlərə, rayon ərazisində aparılan dezinfeksiya işlərinə, aztəminatlı ailələrə verilən maddi yardımlara öz fikirlrəini bildirən üvzlər həmçinin bələdiyyə mülkiyətində olan torpaq alqı - satqısı məsləsinə də fikirlərini bildiriblər.
Nizami bələdiyyəsinin üzvləri müasir informasiya texnologiyalarından istifadə edərək onlayn şəklidə səs veriblər.
ilk dəfə keçirilən video konfransda 19 bələdiyyə üzvünün 14 aktiv şəklidə iclasda iştirak ediblər.
Belediyye.info